Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

2 il şarın içində yaşayan uşaq

2 il şarın içində yaşayan uşaq
-1
Mətndə qrammatik səhv var?
1971-ci ildə dünyaya gələn “Şar uşaq” ləqəbli Devid Fillipin hekayəsi insanları dəhşətə salır. Publika.az 1Xəbər.com-a istinadən qısa ömründə böyük dərdlərlə mübarizə aparmalı olan Devidin hekayəsini təqdim edir:

1963-cü ildə Devid Cozef -Kerol Enn Vetter cütlüyünün oğlan övladı dünyaya gəlir. Ancaq körpə 7 ay sonra ölür. Həkimlər cütlüyə körpələrinin Ağır immun çatışmazlığından öldüyünü deyirlər.

Kerol ikinci dəfə hamilə olduğunu öyrənəndə, doktorlar bu uşağın da 50 faiz ehtimalla xəstə doğulacağını təxmin edirlər.

Ancaq dünyaya gələn qız uşağı tam sağlam olur və ona Ketrin adı verilir.

Doktorlar ailəni yenidən oğlan övladı dünyaya gətirməyə razı salmağa çalışırlar. Ancaq Devid ilə Kerol yenidən övlad acısı yaşamaq istəmədiklərini bildirirlər. Həkimlər isə uşağın sağlam böyüməsi üçün əllərindən gələn hər şe
2 il şarın içində yaşayan uşaq
yi edəcəklərini və apardıqları araşdırmalar nəticəsində, qısa zamanda xəstəliyin çarəsini tapacaqlarını deyərək ailəni ümidləndirirlər.

Beləliklə, 1971-ci ildə Devid Fillip Vetter dünyaya gəlir.
Mütəxəssilər Devid üçün xüsusi bir şar hazırlayırlar. Devid dünyaya gəldikdən 2 dəqiqə sonra bu şarın içərisinə qoyulur. Şarın içərisinə daxil edilən hər şey – su,hava, geyim, qida və s. sterilizə edilir.

Devid 12 yaşına kimi bu şarın içində yaşayır. Devidin yaşaması üçün doğulduğu gündən etibarən, ona 1 milyon 300 min dollar xərcləndiyini hesablayan həkimlər yeni bir qərar alırlar. Uşağa bacısı Ketrinin sümük iliyi köçürülür.

Ancaq əməliyyatdan sonra Devid ilk dəfə xəstələnir. Müalicə müddətində həkimlər Devidi şarın içərisindən çıxarmalı olurlar. NASA Devid üçün xüsusi geyim hazırlayır. Ancaq Devid şardan çıxarıldıqdan 1 həftə sonra vəfat edir
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.