Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Quran və tərbiyə

Quran və tərbiyə
Yaddaşda saxla
  • 23 oktyabr 2017
  • Bölmə: Quran
  • Baxış: 1 529
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Quran və tərbiyə

"Tərbiyə" sözü lüğəvi kökünə əsasən, qaldırmaq və inkişaf etdirmək mənasını daşıyır. Belə nəzərə çarpır ki, bu sözün bir termin kimi istifadəsi elə də qədim tarixə malik deyil. Ona görə də, Qurani-Kərimdə həmin mənada "tərbiyə" sözünə rast gəlinir və onun yerinə "təzkiyə" və "zülmətdən nura çıxarma" kimi başqa ifadələr görünür. Məsələn, aşağıdakı iki ayədən birində "təkvini tərbiyyə"yə (xilqət aləmindəki qanunauyğunluqların tələbi), digərində isə "təşrii tərbiyə"yə (müəllim və ya hər hansı şəxsin proqram əsasında verdiyi tərbiyəyə)toxunulur. Birinci ayədə belə buyurulur:
هُوَ الَّذِي يُصَلِّي عَلَيْكُمْ وَمَلَائِكَتُهُ لِيُخْرِجَكُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ
1. "Sizə zülmətdən (nadanlıq, şirk və günah) nura (iman, elm və təqva) çıxarmaq üçün mələkləri ilə birlikdə sizə salam və mərhəmət göndərən Odur! "

Allahın və mələklərin salam və salavatı bəndələrə nazil olan rəhmət, mərhəmət və bərəkətdir ki, onları azğınlığın zülmətindən çıxararaq qəlblərini hidayət nuru ilə işıqlandırır.
İkinci ayədə isə belə buyurulur:
هُوَ الَّذِي يُنَزِّلُ عَلَىٰ عَبْدِهِ آيَاتٍ بَيِّنَاتٍ لِيُخْرِجَكُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ
2. "Sizi zülmətlərdən nura çıxarmaq üçün Öz bəndəsinə (Mühəmməd (s)) açıq-aşkar ayələr nazil edən Odur!"

Verilən ayələrə əsasən, belə başa düşülür ki, insan dini təlim-tərbiyəsiz, eynilə qaranlıq və zülmətə düşən kəsə bənzəyir. Ona verilən hər hansı qüvvə və istedad həqiqi məqsədə xidmət etmir və yolunu itirmiş sərgərdan kimi, daim məqsəddən uzaqlaşır. Tərbiyə isə onu zülmətdən nura çıxarır, mənəvi inkişafı doğru yola düşərək onu məqsədə tərəf aparır.

(Mənbələr: "İslam-Sağlam həyar tərzi", "Əhzab" surəsi, ayə 43, "Hədid" surəsi, ayə 9. )

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex