Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Quranda musiqinin haram olması

Quranda musiqinin haram olması
Yaddaşda saxla
  • 27 sentyabr 2017
  • Bölmə: Quran
  • Baxış: 3 608
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Quranda musiqinin haram olması
Müfəssirlər musiqini bu ayələrə aid edirlər:
Ğina o misiqilərə deyilir ki, mənasız və fəsad məclislərində səsləndirilir və insanları şəhvətə təhrik edir. Bəzən musiqinin ancaq özü ğina olur və bəzən də mahnının sözləri. Quran ayələrini və ya mənalı şeirləri də belə, ğina musiqisi ilə səsləndirsələr, ona qulaq asmaq haramdır. Ğinanın gətirdiyi fəsadlara işarə edək:
1. Fəsad əxlaqına tərəf təşviq edər, həvəsləndirər. Ğina məclisləri adətən fəsad məclisləri olur. Bu fəsada şərait yaradan da həmin ğinadır.
2. Allahı yada salmaqdan qafil edər. Ğina insanı o qədər məst edər ki, insan Allahı yada salmaqdan qafil olar.
3. Əsəbə və psixologiyaya ziyan vurar. Ğina əsəblərə zərbə vuran amillərdən biridir. Bu təsir hətta depressiya səviyyəsinə qədər uzana bilər. Bundan başqa, ğina qan təzyiqinə, ürəyə mənfi təsir göstərər.

Müfəssirlər musiqini bu ayələrə aid edirlər:
1) "İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir." ("Loğman", 6)
"Ləhv" sözü insanı aramlıqdan saxlayan bir şey mənasındadır. "Ləvhul-hədis" insanı haqdan daşındıran və başını özünə qatışdıran sözdür. Misal üçün, xürafat hekayələr, insanı fəsad və günaha çəkən dastanlar, insanın başını qarışdıran şeir, musiqi, mizmar (nəfəs alətidir) və sair ləhv alətlər həmin "Ləhvul-hədis"in nümunəsidir. (Əl Mizan təfsiri)

2) "O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər;" ("Muminun", 3)

3) "O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz);" ("Furqan", 72)

4) "...Belə olduğu təqdirdə, murdar (başdan-ayağa murdarlıq olan) bütlərdən qaçın, yalan sözlərdən də (Allaha şərik qoşmaqdan da) çəkinin" ("Həcc", 30)
"Zur" sözü "haram xanəndəlik" (ğina) və "batilə şəhadət vermək" kimi təfsir olunur. İmam Cəfər Sadiq (ə) bu ayənin təfsiri haqqında buyurmuşdur: "Qul zur" - yəni ğina deməkdir". Zeyd Şəham deyir: "İmam Sadiqdən "qul zur" sözünün mənasını soruşdum və Həzrət (ə) buyurdu: ""Qul zur" sözünün mənası ğina deməkdir"

Diqqət etmək lazımdır ki, Əhli-beyt məktəbinin fiqh (hüquq) mənbələri Quran, sünnə və rəvayətlər, əql və icmadan ibarətdir. Bunlardan hər biri təklikdə fiqhi hökm üçün istinad mənbəyi ola bilər, həmçinin dəyərli və etibarlıdır.

Cabir ibni Abdullah Peyğəmbərdən (s) nəql edir: "Şeytan - ğina oxuyan ilk kəs idi". İbni Məsud Peyğəmbərdən (s) nəql edir ki, buyurur: "Ğina qəlbdə nifaq ruhunu inkişaf etdirər, necə ki, su bitkiləri inkişaf etdirir".
İmam Sadiq (ə) buyurur: "Ğina elə məsələlərdəndir ki, Allah ona görə əzab verəcəyini vəd etmişdir Həzrət (ə) başqa yerdə buyurur: "Ğina nifaqı irs qoyur". Başqa yerdə buyurur: "O evdəki ğina olar, ölümdən və ağrılı müsibətdən aman olmaz. Orada dua qəbul olmaz, mələklər ora daxil olmaz".

Bu üzdən bütün hökmlərin dəqiq və izahlı surətdə Qurani kərimdə qeyd olunmasına ehtiyac qalmır. Quranda bir çox ümumi dəyərlər haqqında söhbət açılmışdır. Ancaq onların cüziyyatı, açıqlama və tətbiqi peyğəmbər və Əhli-Beyti tərəfindən aparılıb. Haram musiqinin (mütrib - oynadıcı, sümüyə düşən; şəhvəti təhrik edən) qadağan olunması barədə Ustad Əbdülhüseyn Dəstğeybin "Böyük günahlar" kitabından ətraflı surətdə oxuya bilərsiz.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex