Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Cəfəri Təyyar namazı

Cəfəri Təyyar namazı
+2
  • 10 sentyabr 2017
  • Bölmə: Namaz
  • Baxış: 3 741
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Cəfəri Təyyar namazı

Cümə günü qılınması müstəhəbb olan namazlardan biri də Həzrət Rəsul Əkrəm səlləllahu ələyhi və alihi və səlləmin namazıdır. Peyğəmbərin cümə günü qılınan namazı Seyid ibn Tavus (rəhmətullah ələyh) mötəbər sənədlə İmam Rza ələyhis salamdan nəql etmişdir. O Həzrətdən Cəfər Təyyarın namazı haqqında soruşdular. Həzrət, soruşan şəxsin cavabında buyurdu: “Nə üçün Həzrət peyğəmbərin namazından qafilsən?!” Ravi dedi: “Belə isə o namazı mənə öyrət!” Həzrət buyurdu: “İki rükət namaz qılırsan onun hər bir rükətində bir dəfə “Fatihə” və on beş dəfə “Qədr” surəsini oxuyursan. Rükuda, rükudan qalxandan sonra (rükudan sonrakı qiyamda), birinci səcdədə, birinci səcdədən qalxandan sonra, ikinci səcdədə və ikinci səcdədən qalxandan sonra (bunların hər birində) on beş dəfə “Qədr” (inna ənzəlna) surəsini oxuyub təşəhhüd deyib, salam verərək namazı qurtarırsan. Namazı qurtaran zaman səninlə Allah arasında bağışlanmamış heç bir günah qalmaz. Bu namazdan sonra dilədiyin bütün hacətlər rəva qılınar. Namazdan sonra bu duanı oxu:

Bizim və bizdən əvvəlki ata-babalarımızın Rəbbi olan Allahdan başqa heç bir tanrı yoxdur. Yeganə Allahdan başqa (ibadət və itaətə layiq) məbud yoxdur və biz də Ona təslimik. Ondan başqa tanrı yoxdur və biz də Ondan başqasına ibadət etmirik. Müşriklərin xoşuna gəlməsə də, dini və imanımızı yalnız Onun üçün xalis edirik. Allahdan başqa heç bir tanrı yoxdur, birdir, birdir və birdir! Öz vədinə vəfa edən, bəndəsinə kömək edən, qoşununu qüvvətləndirən və (haqq ilə müxalif olan) dəstələri təkbaşına məhv edəndir. Belə isə, mülk və hakimiyyət, həmd-səna və tərif yalnız Ona məxsusdur! O, hər bir şeyə qadirdir. İlahi, Sən səmaların, yerin və onların arasında olanların (varlıqların) nurusan! Belə isə, həmd-səna Sənə məxsusdur. Səmaları, yeri və onlarda olanları bərpa edən Sənsən. Belə isə, həmd-səna Sənə məxsusdur. Sən haqsan, Sənin vədən haqdır, kəlamın haqdır, iradən haqdır, behişt haqdır və cəhənnəm haqdır (və Sən haqsan). İlahi, mən sənin hökmünə təsliməm, Sənə iman gətirib təvəkkül edirəm, Sənin vasitənlə düşmənlə mübarizə aparıram, hökmü Sənə həvalə edirəm, ey Rəbbim, ey Rəbbim, ey Rəbbim, keçmiş və gələcək, aşkar və gizli, nə qədər günahım varsa, böyüklüyünlə bağışla! İlahi, Səndən başqa məbud yoxdur, Məhəmməd və onun Əhli-beytinə salam yetir, günahlarımı bağışla, mənə rəhm et və tövbəmi qəbul et, həqiqətən, Sən tövbələri qəbul edən və mehribansan!

Ərəbcə : La ilahə illəllahu rəbbuna və rəbbu abainəl əvvəlin, la ilahə illəllahu ilahən vahida, və nəhnu ləhu muslimun, la ilahə illəllahu la nə`budu illa iyyah, muxlisinə ləhud dinə və ləv kərihəl muşrikun, la ilahə illəl-lahu vəhdəhu vəhdəhu vəhdəh, əncəzə və`dəhu və nəsərə əb-dəh, və əəzzə cundəh, və həzə-məl əhzabə vəhdəh, fələhul mulku və ləhul həmd, və huvə əla kulli şəy`in qədir, Əlla-hummə əntə nurus səmavati vəl ərzi və mən fihinnə, fələkəl həmdu və əntəl həqqu və və`-dukəl həqqu və qəvlukə həqq, və incazukə həqq, vəl cənnətu həqq, vən naru həqq, Əllahum-mə ləkə əsləmtu və bikə amətu və ələykə təvəkkəlt, və bikə xasəmtu və iləykə hakəmtu ya Rəbbi ya Rəbbi ya Rəbb, iğfirli ma qəddəmtu və əxxərt, və sərərtu və ə`lənt, əntə ilahi la ilahə illa ənt, səlli əla Muhəm-mədin və ali Muhəmməd, vəğfir li vərhəmni və tub ələyy, innəkə əntət təvvabur rəhim (kərimun rəufun rəhim).


لا إِلَهَ إِلا اللَّهُ رَبُّنَا وَ رَبُّ آبَائِنَا الْأَوَّلِينَ لا إِلَهَ إِلا اللَّهُ إِلَها وَاحِدا وَ نَحْنُ لَهُ مُسْلِمُونَ لا إِلَهَ إِلا اللَّهُ لا نَعْبُدُ إِلا إِيَّاهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَ لَوْ كَرِهَ الْمُشْرِكُونَ لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ وَحْدَهُ وَحْدَهُ أَنْجَزَ وَعْدَهُ وَ نَصَرَ عَبْدَهُ وَ أَعَزَّ جُنْدَهُ وَ هَزَمَ الْأَحْزَابَ وَحْدَهُ فَلَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ وَ هُوَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ اللَّهُمَّ أَنْتَ نُورُ السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ مَنْ فِيهِنَّ فَلَكَ الْحَمْدُ [وَ لِلَّهِ الْمُلْكُ وَ الْحَ

Əllamə Məclisi deyir: “Bu namaz, ən məşhur namazlardan biridir. Şiə və sünni öz kitablarında rəvayət ediblər. Bəziləri isə bu namazı cümə gününə aid olan namazlardan sayırlar, amma hədislərdə bu xüsusiyyət görünmür və deyəsən müəyyən günə məxsus deyil”.

(Mənbə : Məfatihul Cinan)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.