Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Günahlardan uzaqlaşmaq ,Haram əməllərdən çəkinmək

Günahlardan uzaqlaşmaq ,Haram əməllərdən çəkinmək
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Günahlardan uzaqlaşmaq ,Haram əməllərdən çəkinmək

Günahlardan uzaqlaşmaq
Haram əməllərdən çəkinmək
İlkin mərhələdə atılan addımlardan səkkizincisi haram əməlləri tərk etməkdir, yəni bədən tərbiyəsində bir qisim iş və yeməklərdən çəkinmək zəruri olduğu kimi, nəfsin saflaşdırılmasında da bəzi əməl və yeməklərdən imtina etmək lazımdır. Qütb Ravəndi İmam Baqir(ə)-dən belə nəql edir: "Çox təəccüblüdür ki, insanlar xəstəliyin qorxusundan yeməklərində pəhriz saxlayır,amma cəhənnəm atəşinin əzabından qorxub günahdan çəkinmirlər"
Əlbəttə, pəhriz və özünü pis əmməllərdən qorumaq nəfsani qüvvələrin ziddinədir. Bu, işin əvvəlində çox çətin olur, lakin böyük əzm və mübarizə yolu ilə nəfsə qalib gəlmək olar. Həzrəti Əli(ə) bu barədə belə buyurur: "Günahı tərk etməkdə nəfsinizi əlinizlə yumşaldın ki, ibadət və
itaətə tərəf çəkmək sizin üçün asan olsun".

Nəfsin saflaşdırılmasında əsas rol oynayan bu mübarizə islam mədəniyyətində "təqva" adı ilə tanınmışdır. Bu da bütün islami və insani dəyərlərin əsası, bünövrəsidir. Bütün əməl və səylər bunsuz öz dəyərini itirir, Tanrı dərgahında qəbul olunmur. “Qurani-Kərim”də deyilir: "Allah yalnız təqvalılardan (müttəqilərdən) qəbul edər". («Maidə»-27)

Şübhəsiz, Allah dərgahında qəbul olunmayan əməlin insan ruhu və mənəviyyatına heç bir təsiri olmaz, çünki yalnız gözəl kəlam və saleh əməl ona tərəf yuxarı qalxar, təkcə pak və əməlisaleh insanlar Allaha yaxınlaşa bilər. Allah-təala “Qurani-Kərim” də buyurur: "Pak söz (Tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr. Və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar." («Fatir»-10)

İmam Sadiq(ə) buyurur: "Təqvasız heç bir əməlin faydası yoxdur" 3
İmam Baqir(ə) buyurur: "İbadətlərin ən çətini təqvadır"4

1 «Camei-əhadisi-şiə», III c, səh.327
2 «Qürər»,fəslə görə mündəricat, səh.129, №6410. «Camei-əhadisi-şiə» III c,səh.326
3 «Üsuli-kafi», II c, səh.77 vərə fəsli
4 Həmin mənbə


İmam Sadiq(ə) öz məktubunda dostlarından birinə xitab edərək yazır: "Əgər aqibətinin xeyirlə qurtarmasını və bu dünyadan yaxşı əməl görərkən köçmək istəyirsənsə, Allahın haqqını taptalama. Məbada onun həlimliyinə (helminə) və səbrinə aldanıb nemətlərini günah işlərə sərf edəsən..
Müfəzzəl ibn Ömər deyir: "İmam Sadiq(ə)-in xidmətində əməllərdən söz düşdü. Mən ərz etdim ki, əməllərdə çox zəif və süstəm. İmam belə buyurdu: -Sakit ol, Allahdan bağışlanmaq istə, yəni bu qədər naümid olma.Sonra isə buyurdu:
-Heç şübhəsiz, təqva ilə görülən az əməl təqvasız görülən çox əməldən yaxşıdır.."

Müfəzzəl yaxşı əməllər sahibinin təqvası olmadığı barədə soruşduqda İmam cavab verdi: "Elə
şəxslər var ki, insanlara yemək verir, qonşuları ilə mehriban, evlərinin qapısı hamının üzünə
açıqdır, amma ilkin mərhələdə rəftarında günaha bataraq nəfsin cilovunu əldən verirlər. Bununla da
itaətdən boyun qaçıraraq günaha batırlar. Lakin elə adamlar da vardır ki, bu cür gözəl işləri yerinə
yetirmək onlara nəsib olmur, ancaq özlərini günah və hər cür çirkinlikdən qoruyurlar." Yemək-içmək və əməldə haramşeylərdən çəkinmək Allah-təala buyurur: "İnsan hələ bir yeməyinə baxsın!" («Əbəsə»-24)
Həzrəti-Əli(ə) Osman ibn Hüneyfə yazdığı məktubda belə buyurur: "Yeməyinin halallığında
şübhən olsa, onu yemə.
"
Buna görə də mömin bəndə ilk növbədə yemək və əməllərinin haram olmamasına diqqət yetirməlidir. Bu məsələ, xüsusilə günah üçün şərait yaradan şəhvət qüvvəsinin ən çılğın vaxtı olan gənclik dövrünün əvvəllərində gözə çox çarpır. Bunun üçün də qəlb və gözü hər cür çirkinlikdən qoruyub pak saxlamaq lazımdır ki, insan gözəl əhval-ruhiyyə ilə səmada qanad çalıb sirli aləmdə peyğəmbər, siddiq, şəhid və salehlərlə birgə olsun.
Təqva əhli açıq-aydın haramlardan çəkinməkdən əlavə, şübhəli yemək və fitnəkar baxışlardan da özünü qoruyur. Bu yolda uğur qazanmaq istəyənlər şəriətdə caiz olmayan (qadağan edilmiş) məşğuliyyətlər, ləyaqətsiz və nadürüst adamlardan uzaqlaşmalı, şəriətə uyğun işlərdə də bütün vacib qayda-qanunlara riayət edib beytül-malı sərf etməkdə həddən artıq ehtiyatlı olmalıdırlar. Əgər o, dövlət məmuru və ya xalqa xidmət göstərənlərdəndirsə, ona həvalə edilmiş vəzifələri layiqincə yerinə yetirməli, öz fəaliyyətini var qüvvəsi ilə xalqa, xüsusən kasıb və zəiflərə xidmət göstərməyə həsr etməlidir.

1 «Biharül-ənvar», LXXC c, səh.351
2 «Üsuli-kafi», II c, səh.76, taət və təqva fəsli, hədis №7.
3 «Üsuli-kafi», II c, səh.76, taət və təqva fəsli, hədis №7.
4 «Nəhcül-bəlağə» (Sübhi Salehi), 45-ci məktub
5 «Nisa» surəsinin 69-cu ayəsinə işarədir:”Allaha və peyğəmbərə itaət edənlər, (axirətdə) Allahın nemət verdiyi nəbilər,
siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar.”
6 Müsəlmanların ümumi malı.

İtirilmiş vaxtların əvəzi ödənilsin deyə, ehtiyat üçün qanuni vaxtdan bir az artıq işləməli,xüsusilə rəhbər vəzifələrdə çalışan şəxslər öz məsuliyyətlərinə görə çox ehtiyatlı olmalıdırlar.Lakin çox təəssüflər olsun ki, bu mövzuya lazımi qiymət verilmir. Çoxları şüar verməkdə mahir, əməl etməkdə isə süst olub bunun ziddinə gedir, xüsusilə qida qəbulunda və şəhvani (cinsi) məsələlərdə heç bir şeyə məhəl qoymurlar. Belə şəxslər başqalarından daha çox zərərli olub islama zərbə vururlar. Yemək-içməyin və cinsi münasibətlərin halal-haramlığına fikir verməmək günahlara aludə olmağın başlanğıcıdır. Buna görə də on dörd Məsum(ə) öz hədis və kəlamlarında bu iki amilin nəzarət altında olmasına çox təkid edərək bunu ibadətlərin ən üstünü və riyazətlərin ən dəyərlisi hesab etmişdir.
Əbu Bəsir deyir: “Bir nəfər İmam Baqir(ə)-in hüzurunda söylədi:
-Mən əməlimdə zəif və süstəm. Müstəhəb oruc tutmaq mənə az nəsib olur. Lakin əminəm ki,
halal yeməkdən başqa bir şey yemirəm. İmam Baqir(ə) buyurdu:
-Hansı ibadət yemək-içməkdə və cinsi məsələlərdə haramdan çəkinməkdən üstündür?»
Başqa bir hədisdə yenə o Həzrət buyurur: "Allah dərgahında yemək-içmək və cinsi məsələlərdə haramdan qorunmaqdan yaxşı ibadət yoxdur".

(Mənbə :İslamda əxlaq
Müəllif :Ayətullah Məhəmmədrza Məhdəvi Kəni)

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex