Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Üsuliddin nədir

Üsuliddin nədir
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Üsuliddin nədir

İslam dininin birinci hissəsi "Üsuli-din”-dir. O, beş qismə bölünür:
1-Tövhid


2-Ədl


3-Nübüvvət


4-İmamət


5-Məad


Tövhid


Allahı zatında və sifətində yeganə bilmək və Ona şərik qoşmamaq.
Allah-taala Qurani-Kərimdə belə buyurur:
ِبسْمِ اللهِ الرَّحْمنِ الرَّحيمِ
قُلْ هُوَ اللَّهُ أَحَدٌ* اللَّهُ الصَّمَدُ* لَمْ يَلِدْ وَلَمْ يُولَدْ* وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ*
«(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de ki, (Mənim Rəbbim olan) O Allah yeganədir. (Heç bir şəriki yoxdur.) Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır, O, əzəli və əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı, bərabəri və bənzəri yoxdur!»

2-Ədl


ƏDALƏTİN MƏNASI
Ədalət «Ədl» sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır.
Dini termində isə, ədalət zülmkarlığın ziddinə olan bir kəlmə olub, «hər kəsin haqqını özünə vermək» və «hər şeyi öz yerinə qoymaq» kimi mə'nalara malikdir.

Allah-taalanın ədalətli olub, heç kəsə zülm etməməsinə inanmaq.
Әdl haqqında Quranda bir çox ayələr vardır. O cümlədən aşağıdakı ayəni misal gətirməklə kifayətlənirik:
«إِنَّ اللَّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِن تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِن لَّدُنْهُ أَجْرًا عَظِيمًا»
«Həqiqətən, Allah (heç kəsə) zərrə qədər də zülm etməz. Әgər yaxşı bir əməl baş verərsə, onu (savabını) ikiqat artırar və Öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!»
Әdldən (ədalətdən) məqsəd hər şeyi öz yerində həyata keçirməkdir. Bu haqda Әli (əleyhis-salam) belə buyurub:
«اَلْعَدْلُ يَضَعُ الْاُمُورَ مَوَاضِعَهَا»
«Әdalət bütün işləri öz yerinə qoyur.»
Әdl Allah-taalanın «sübuti», zülm isə «səlbi» sifətlərindən hesab olunur. Әdalətli olan Allah Quranda insanları ədalətə çağırır. Buna misal olaraq bu ayəyə nəzər salaq:
«اعْدِلُواْ هُوَ أَقْرَبُ لِلتَّقْوَى وَاتَّقُواْ اللَّهَ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ »
«Әdalətli olun. Bu, təqvaya daha yaxındır. Allah qarşısında təqvalı olun. Allah nə etdiklərinizdən xəbərdardır.»

3-Nübüvvət


Həzrət Adəm (əleyhis-salam)-dan sonuncu Peyğəmbər həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-ə qədər, insanların hidayəti üçün göndərilmiş yüz iyirmi dörd min Peyğəmbərin haqq olmasına inanmaq və onları təsdiq etmək.
Allah-taalanın insanlara din və qanun göndərməsi Peyğəmbərlərin vasitəsi ilə olmuşdur. Bütün Peyğəmbərlərin hədəfi Allahın yeganəliyi, adillliyi, hökmləri və habelə Qiyamətə kimi zəruri məsələləri insanlara çatdırıb, onları bu yola hidayət etmək olmuşdur.
Sonuncu Peyğəmbər Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-dən sonra isə bir daha Peyğəmbər gəlməyib və heç vaxt gəlməyəcəkdir. Buna görə də ona «Хatəmül-ənbiya», yəni «Peyğəmbərlərin sonuncusu» deyirlər. Necə ki, Qurani-Kərimdə buyurulur:
« وَلَكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ »
«Lakin o, Allahın Rəsulu (elçisi) və Peyğəmbərlərin sonuncusudur.»
Bu haqda hədislərimiz çoxdur. Nümunə olaraq İmam Sadiq (əleyhis-salam)-ın mübarək kəlamlarından birinə işarə edirik:
«قَالَ الْاِمامُ الصَّادِقُ (عَلَيْهِ السَّلاَمُ):
إِنَّ اللهَ خَتَمَ بِنَبِيِّكُمُ النَّبِيِّينَ فَلاَ نَبِىَّ بَعْدَهُ اَبَدًا»
«Həqiqətən Allah-taala sizin Peyğəmbəriniz ilə Peyğəmbərləri sona çatdırdı, beləliklə də ondan sonra əsla heç bir Peyğəmbər gəlməyəcəkdir».

İmamət


İslam Peyğəmbərinin haqq canişinləri olan 12 İmama inanmaq və onları təsdiq etmək.
Bunu təkcə şiə alimləri deyil, eləcə də bir çox sünnü alimləri də Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət (nəql) etmişlər. O rəvayətlərdən birini qeyd edirik:
«قالَ رَسُولُ اللهِ (صَلّى اللهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ):
اِنَّ خُلَفائِى وَاَوْصِيائِى وَحُجَجَ اللهِ عَلَى الْخَلْقِِ بَعْدِى اَلْأِثْنا عَشَرَ أَوَّلُهُمْ عَلِىٌّ وَآخِرُهُمْ وَلَدِىَ الْمَهْدِىُّ»
«Həqiqətən məndən sonra ümmətim üçün olan canişimlərim, vəsilərim və Allahın bəndələrə olan höccətləri on iki nəfərdən ibarətdir. Onların əvvəli Әli, axırıncısı isə mənim övladım Məhdidir»

Məad


Öləndən sonra bir daha dirilib, dünyada etdiyimiz əməllər üçün Allah qarşısında cavab vermək (Qiyamət, Behişt, Cəhənnəm, haqq-hesab və sairəyə inanmaq).
Məadın lüğətdə mənası qayıdış deməkdir. Yəni insanlar öldükdən sonra bir daha dirilib Axirət aləminə qayıdacaqlar. Bu əqidə dinin zəruri məsələlərindən biridir və hər bir şəxsin buna etiqadı və inamlı olması gərəkdir. Yəni hər bir şəxs inanmalıdır ki, insan öləndən sonra bir daha dirilib, dünyada etdiyi əməlləri müqabilində hesab verəcək və nəhayət Cənnət və ya Cəhənnəmə gedəcəkdir. Həmçinin qəbirdə olan sorğu-sual və Bərzəx aləminin məsələləri də bu mövzuya aiddir. Amma çox təəssüflər olsun ki, bu mühüm məsələyə bəziləri soyuq münasibət göstərirlər. Buna baxmayaraq bu məsələ çox mühüm olduğundan Allah-taala Qurani-Kərimdə «iman» sözündən sonra məadı bəyan etmişdir. Buna misal olaraq bir neçə ayəni nəzərinizə çatdırırıq:
مَنْ ءَامَنَ بِاللَّهِ وَالْيَوْمِ الأَخِرِ وَعَمِلَ صَالِحاً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُون
«Hər kəs Allaha, Axirət gününə (sədaqətlə) inansa və yaxşı iş görsə onun mükafatı Rəbbinin yanındadır. (Qiyamətdə) onların heç bir qorxusu yoxdur və onlar qəmgin olmazlar.»
Başqa bir ayədə belə oxuyuruq:
اللَّهُ لَآ إِلَـهَ إِلاَّ هُوَ لَيَجْمَعَنَّكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لاَ رَيْبَ فِيهِ وَمَنْ أَصْدَقُ مِنَ اللّهِ حَدِيثًا
«Allahdan başqa heç bir məbud yoxdur. Olacağına şübhə etdilməyən Qiyamət günü, əlbəttə hamınızı (bir yerə) toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!»
Allah-taala Öz ədaləti ilə Qiyamətdə insanlara onların dünyada etdiyi əməllər müqabilində hökm edəcəkdir. Necə ki, Quranda belə buyurulur:
فَاللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ
«Qiyamət günü Allah sizin aranızda hökm edəcəkdir».
Bəziləri belə fikirləşirlər ki, insan öldüyü zaman torpaq olub aradan gedəcək və heç bir zaman dirilməyəcək


paylaşaq dostlarımızda məlumat alsınlar

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex