Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

ATEİZM, DEİZM VƏ TEİZM. 16-cı mövzu.

ATEİZM, DEİZM VƏ TEİZM. 16-cı mövzu.
+2
Mətndə qrammatik səhv var?
ATEİZM, DEİZM VƏ TEİZM. 16-cı mövzu.


Allahın varlığının teleoloji yolla isbatı
Aləmin yaradılışı mövzusunda ateistlərlə teistlər arasındakı əsas fərq.


Əziz ateistlər iddia edirlər ki, bütün maddi aləm heç bir ilahi qüdrətin iştirakı olmadan sadəcə müəyyən aktiv səbəblərin nizamlı hərəkəti səbəbindən yaranmışdır. Əziz teistlərə görə isə aləmdə nə varsa ən xırda detala qədər ilahi varlıq olan Allah tərəfindən yaradılıb. Teistlər kainatda seyr müşahidə etdikləri xüsusi qanunayğunluqu və nizam intizamı Allahın varlığının ən əsas sübutlarından biri hesab edirlər. Aləmin yaradılışı barədə ateist və teistlər arasında olan əsas fərqə keçməzdən öncə və ateistlərin bu mövzu barədə olan suallarını cavablamazdan öncə nizamın özü barədə danışaq.
Yaradılışda olan nizam dedikdə nə nəzərdə tutulur? Bu nizam nələrdən ibarətdir?
Bir varlığın yaranması üçün əsas olaraq dörd səbəbə ehtiyac vardır:
1. Maddi səbəb.
2.Formalaşdıran səbəb.
3.Aktiv səbəb.
4.Məqsəd.

Misal olaraq gözəl və çox zövqlü formada çəkilmiş əsər nəzərdə tutun. Bu əsəri əmələ gətirmək üçün lazım olan xüsusi maddələr, ləvazimatlar maddi səbəb adlanırlar. Şəkildə gördüyümüz təsvirin əmələ gəlməsi üçün rəngləri, elementləri xüsusi qanunauyğunluqla, nəzmlə biri birinin yanında çəkərək şəkili müəyyən formaya salan səbəbə isə formalaşdıran səbəb deyilir. O şəkili çəkən fiziki bir qüvvə və şüurlu bir varlıqdır. Məqsəd isə o şəkili çəkməzdən öncə belə onun nə üçün hansı niyyətlə, hansı hədəfə görə və hansı məqsədlə çəkilməsini təyin etməkdir. Məqsəd yəni nə üçün ?
Materialistlər bu 4 səbəbdən üçünü qəbul edirlər. Teistlər isə bu 4 səbəbin hamısını zəruri və nizamın əsas şərti hesab edirlər. Ümumi olaraq deyək ki, heç bir ateist bu aləmi yaradan səbəblərin, bir zəncirvari nizamın olduğunu inkar etmir.

Materialistlər deyir: - dünyada yaranmış hər bir fenomenin mütləq bir səbəbi vardır. O səbəbin özünündə yaranması üçün başqa bir səbəbə ehtiyacı vardır və bu səbəb nəticə zənciri sonsuzdur. Materialistlərə görə səbəb nəticə zəncirirnin hər iki tərəfi yəni həm gələcəyə doğru uzanan hissəsi və həmdə keçmişdən gələn hissəsi sonsuzdur... Yəni yaranışın nə əvvəli var və nədə sonu. Hər şey yarana yarana davam edir.
Bizim əziz ateistlərlə olan problemimiz bu üç səbəbə görə deyil. Aktiv səbəbə qədər biz atistlərlə həmfikir sayılmış oluruq və bizdə deyirik ki, bəli yaradılış aləmində yaranmış hər bir nəticənin yaranması üçün bir səbəbi vardır və bu səbəb nəticə qanunu - yəni determizm adlanır. Ateistlərlə teistlərin bu mövzuda arasında əsas fikir ayrılığı isə bundan ibarətdir ki, teistlər nizamda olan məqsədi yəni teleoloji nizamı qəbul edir, lakin ateistlər isə xeyir.
Teleoloji nizam yaradılışda olan xüsusi nizamın içərisində məqsəd səbəbinidə qəbul edir və yaranışın hər nöqtəsinin şüurlu bir varlıq tərəfindən bir məqsədlə yaradıldığına inanır. Misal olaraq bir kitab səhifəsi tapırıq və orada bir dərin mənalı elmi fəlsəfi bir fikrin yazıldığını görürük. Gəlin o yazıların yazılması üçün lazım olan səbəbləri gözdən keçirək. Sizcə biz bu yazının yazılması üçün üç səbəbi qəbul edib, lakin bu yazının yazılmasında nəzərdə tutlan məqsədi inkar etsək və yazının dəxlisiz olaraq yazıldığını və bu yazıda heç bir şüurlu varlığın iştirak etmədiyini desək sizcə biz səhv buraxmadıq ki?
Məncə biz gülünc və kobud bir səhv buraxdıq. Sağlam ağıla malik insan istisnasız qəbul edər ki, bu səhifə yüksək zəkaya malik bir varlıq tərəfindən yazılıb.

Əziz ateistlər, biz teistlər deyirik ki, bir nizamlı quruluşun əmələ gəlməsi üçün təkcə kəmiyyət baxımından lazımlı qədər qüvvənin olması kifayət etmir, bu qüvvələrə nəzarət edib, onları bir məqsəd ətrafında səfərbər edən bir kamil və qüsursuz şüurlu varlığa – Allaha mütləq ehtiyac var.

Teleoloji sübutada vurğulanır ki, təbiətdəki bütün cismlərin yaradılışında olan və təbii məqsədə doğru olan hərəkəti əvvəlcədən planlaşdırılmışdır. Siz ateistlərin gözlərinizi yumaraq yaranmış bir qüsursuz varlığın boş bir təsadüflə yarımçıq nizama əsasən yarandığını iddia edirsizsə, biz o yaradılışın arxasındakı qüdrət əlini - yəni Allahı görməyə çalışırıq. Əgər biz düşünsək ki, kainatda yarananlar sadəcə bir nizamla təsadüflər nəticəsində biri birinin yanında düzülərək insanı əmələ gətiriblər o zaman biz bu sözümüzün arxasında nə qədər böyük bir zamanın dayandığını anlaya bilirikmi?

Sizə adi bir misal deyim 23 hərfdən ibarət bir cümlə qurmaq istəyirəm. Məsələn: - “Mən dostlarımı çox sevirəm” cümləsi. Gəlin hesablayaq görək ki, bu cümləni yaratmaq üçün yalnız maddi səbəb və aktiv səbəb kifayədirmi?. Şüur olmasa bu cümlə əmələ gələ bilərmi?
Tutaq ki, mən şüursuz təbiətəm, yəni aktiv səbəbəm və bu cümlənin yazılması üçün lazım olan 32 hərfli klaviatura da mənim qarşımdadır və mən mən şüursuz formada necə gəldi bu klaviaturaya toxunuram. Sizcə mən nə qədər cəhd etməliyəm ki, yuxarıda olan cümlə yaransın?
Riyazi hesablama ilə bunun bir cavabı vardır təbiiki. Gəlin hesblayaq. İlk hərf olan “m” hərfini yazmaqım üçün 32 dəfə cəhd etməliyəm, ondan sonra məhz “ə” hərfinin yazılması üçündə ayrıca 32 dəfə cəhd etməliyəm və ondan sonra “n” hərfinin yazılması üçündə 32 dəfə cəhd etməliyəm ki, Mən sözü yaransın. Sizcə bircə kəlmə mən sözünü yaranması üçün nə qədər cəhd lazım oldu? 32*32*32 = 32 768 dəfə və bütün 23 hərfli cümlənin yazılması üçün isə nə az nə çox 4.153.837.486.827.862.000.000.000.000.000.000.000.000.000.000.000 dəfə cəhd etməliyik.

İndi adi bir cümlə üçün bu qədər müddət cəhd etmək lazım olduğu halda sizcə yüz minlərlə hissədən ibarət mükəmməl yaratıq olan insanı yaratmaq üçün bu şüursuz aləm nə qədər cəhd etməlidir? Təbiiki sonsuz bir rəqəm alınar bu isə mümkün deyil, çünkü fiziklər və astronomlar kainatın yaşının 15 milyard ildən yuxarı olmadığını düşünürlər.

Mən burada teleoloji üslla Allahın varlığını isbat etməyə çalışan və bu yolda ən müvəffəq olanlardan sayılan orta əsrlər katolik teoloqu Akvinalı Foma adlı şəxsin "Universarilər barədə mübahisə" adlı əsərindən seçilmiş bir hissəni sizin üçün qeyd edəcəm. O yazır:
- Allahın varlığının sübut edilməsinin bir yoluda kainat və təbiətdə olan şüurlu fəaliyyətlərə əsaslanır. Biz müşahidə edirik ki, cizimlər, şüursuz mövcudlar, müəyyən bir məqsədə doğru hərəkət edir və fəaliyyət göstərirlər. Bu onu göstərir ki, həmin mövcudlar öz məqsədlərini təsüdüfi deyil, müəyyən plan əsasında müəyyənləşdirirlər. Lakin tam aydındır ki, dərrakəsiz cism müəyyən məqsədə doğru planlı surətdə hərəkət edə bilməz. Həmin cisimlər mütləq şüurlu, elmli və dərrakəli bir varlıq tərəfindən idarə olunurlar. Bütün təbiətdə mövcud olanları öz məqsədlərinə doğru yönəldən bir varlıq mütləq mövcuddur və biz həmin ali varlığı Allah adlandırırıq.

18-ci əsrdə yaşamış Uilyam paley teleoloji nizamı sübut etmək üçün şüurlu insanlar tərəfindən düzəldilən saat adlı əşyanı misal çəkmiş və demişdir ki, saatda olan hər bir detal saatın nizamlı işləməsi və vaxtın düzgün çatdırılmasına xidmət edir. Əgər biz təbiətə diqqətlə baxsaq o zaman mövcud olan varlıqların heyrətamiz tənasübünü və uyğunluğunun şahidi olarıq.
Odur ki, bizdə deyirik ki, əziz ateist dostlar, gəlin etiraf edək ki, yaşadığımız təbiətdə hər şey biri birini tamamlayır və heç nə artıq deyil, əbəs yerə yaradılmayıb. Sadəcə yaradılmış çox şeyin səbəbi bizlərə məlum olmaya bilər, bu isə o demək deyil ki, yaradılmışlar mənasız və məqsədsiz olaraq yaradılmışdır.

İmam Əli (ə) (“Nəhcul bəlağə” birinci xütbədə) buyurur:
- Allah hər bir şeyi yoxdan və heçlikdən öz məsləhət olunan vaxtında varlığa çevirdi və onların müxtəliflikləri arasında uyğunluq yaratdı, təbiətlərini sabitləşdirdi
Qurani Kərim Əraf surəsi 54-cü ayənin sonlarında buyurur:
- Allah onun əmrinə ram və təslim olan gecəni,ayı və ulduzları yaratdı. Bil ki, yaradılış və (yaradılışa) əmr etmək Ona məxsusdur. Aləmlərin rəbbi olan Allah sabit, əbədi və bərəkətlidir.
Nəhl surəsi 3-cü ayədə isə buyurulur:
- Göyləri və yeri haqq olaraq bir məqsəd üçün yaratdı. O onların şərik qoşduqlarından uca və üstündür.


Mənsurov Bəşir. 12.04.2017
(Saytın materiallarından istifadə edərkən istinad vacibdir.)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.