Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

ATEİZM, DEİZM VƏ TEİZM. 15-ci mövzu.

ATEİZM, DEİZM VƏ TEİZM. 15-ci mövzu.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
ATEİZM, DEİZM VƏ TEİZM. 15-ci mövzu.


SUAL: - Əgər Allah mövcuddursa biz adi gözlə onu görə və müşahidə edə bilərikmi?

CAVAB: Bu məqalədə bu suala çox qısa və konkret cavab verəcəyik. Bu sual ateistlərin və teistlərin ən çox maraqlandığı suallardan biridir. Ümumiyyətcə insan hər bir var olan mövcudu öz gözü ilə görməyə can atan bir varlıq olduğu üçün, çalışır ki, Allahın varlığınıda öz maddi gözü ilə görüb müşahidə etsin və bununlada inamı yəqinləşsin. Lakin suala cavab verməzdən öncə burada diqqəti bir nöqtəyə çəkmək istərdik ki, biz Allahın varlığının həqiqətini ağıl vasitəsi ilə tam kamil olaraq dərk edə bilmədiyimiz kimi, Allahıda maddi gözlə görməmiz də qəti mümkün deyil.

Elm və məntiqə əsasən görmə o zaman reallaşa bilər ki, görüləcək əşya ya müqabildə dayansın, yəni qarşıda dayansın və yaxudda müqabildə müəyyən bir forma almış olsun. Əşya hazır olandan sonra isə mütləq işıqa ehtiyac var, çünkü işıq əşyanın üzərinə saçmalı, əşyanın xüsusiyyətlərinə uyğun formada əks olunmalı və insanın gözü bu əks olunan işıq fotonlarını və ya dalğalarını tutmalı, məlumatı beyinə ötürməli və beyin o əşyanın şəklini özü üçün olduğu kimi canlandırmalıdır. Burada əsas tələb olunan o əşyanın qarşıda durması yəni gözün görmə radiusuna daxil olması və nuru əks etmə qabiliyyətinə malik olmasıdır. Buradan çıxan qısa nəticə bu olar ki, görmə mövzusu mücərrəd varlıqlara aid deyil, hiss olunan fiziki materiyadan ibarət olan varlıqlara aiddir. Əgər görmə funksiyası barədə aksiom demiş olsaq deyərdik ki, məkan və cəhəti olmayan varlıq görülə bilməz. Allah barədə ola əvvəlki yerləşdirdiyimiz materiallarda da bildirmişdik ki, Allah maddi varlıqlar kimi heç bir cəhət, ölçü və məkan çərçivəsinə sığmayan bir varlıqdır.

Digər bir cavab isə budur ki, Allahın zatı həqiqət və mahiyyət baxımından yaradılmış və mövcud olan bütün varlıqlardan fərqlənir. Bütün yaradılmışlar isə xüsusiyyət etibarı ilə biri-birinə nisbətdə kamil yaradılsalarda, amma Allahla müqayisədə kamil deyillər və Allahın sonsuzluğu ilə müqayisə olunarlarsa o zaman məlum olar ki, yaradılmış məxluqlar hamısı məhdud bir varlıqdırlar. Məhdud məxluqların içərisində ən kamil varlıq olan insanın isə fiziki görmə imkanı məhdud olduğu üçün sonsuz varlıq olan Allahı göz ilə görməsi mümkünsüzdür. Burada bir haşiyə olaraq bunu deyə bilərik ki, əgər Allahın bütün zatı görünən olsaydı o zaman Allah külli yaradılışı əhatə edən varlıq deyil, yaradılış tərəfindən əhatə oluna biləcək bir varlıq olardı. Yəni gözün görmə imkanı Allahın varlığını əhatə etmiş olardı. Yox əgər bir hissəsi görünəcəkdirsə, deməli Allah müəyyən hissələrdən ibarət bir varlıq olardı. Təbiiki bu iki nəzər kökündən səhvdir. Allah fiziki gözlə nə bu dünyada və nə də axirətdə qəti görülə bilməz.

Burada qeyd etmək yerinə düşərdi ki, hal-hazırda mövcud olan bəzi İslamı kəlam məktəbləri Allahın nə vaxtsa (axirətdə) gözlə görülə biləcəyini iddia edirlər və Allahı bir cism olaraq təsəvvür edirlər. Bəzi əşəri və sələfi (vəhhabi) alimlərinin ortaya addığı puç iddialar isə onların Allahın varlığını əqli yollarla dərk edə bilmədiklərinin və nəqli dəlillərin zahirinə istinad etdiklərinin nəticəsidir.

İnşaAllah gələcək günlərdə bu mövzu barədə geniş məqalələr yerləşdirəcəyik və insanın Allahla təması barədə mövzulara toxunacayıq.


Mənsurov Bəşir. 10.02.2017

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex