Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Quranda səcdə ayələri

Quranda səcdə ayələri
+1
  • 10 fevral 2017
  • Bölmə: Quran
  • Baxış: 5 692
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Quranda səcdə ayələri

Qurani-kərimin dörd ayəsi vacib səcdə ayəsi adlanır: Səcdə-15, Füssilət-37, Nəcm-62, Ələq-19. Bu ayələri oxuyan və ya başqasından eşidən adam dərhal səcdəyə getməlidir. Ayələrin canlı oxunması şərtdir, maqnitofondan və ya televizordan eşidilsə, səcdə vacib olmaz.

Quran səcdəsini yerinə yetirmək üçün dəstəmaz almaq, üzü qibləyə durmaq, geyim və paklıq şərtlərinə riayət etmək şərt deyil. Yetər ki, insanın yeri qəsbi olmasın (yəni halal olsun), alnını qoyduğu yer digər bədən üzvlərini qoyduğu yerdən çox da hündür və ya alçaq olmasın, bir də səcdəsi caiz olan yerə səcdə etsin (yeyilən və geyilən əşyaların üzərinə səcdə etməsin).

Quranın vacib səcdəsi zamanı alnı səcdə niyyəti ilə yerə qoymaq kifayət edər, hər hansı zikri söyləmək vacib deyil. Amma istənilən zikr deyilə bilər. Bir dəfə "sübhanallah" da söylənilsə kafidir.
paylaşaq
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.