Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Rusiyanın ən varlı xanımı Məşhəddə İmam Rzanın (ə) hərəmini ziyarət etdi

Rusiyanın ən varlı xanımı Məşhəddə İmam Rzanın (ə) hərəmini ziyarət etdi
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Rusiyanın ən varlı xanımı Məşhəddə İmam Rzanın (ə) hərəmini ziyarət etdi

Moskvanın sabiq meri Yuriy Lujkov və Rusiyanın ən varlı qadını olan həyat yoldaşı Yelena Baturinanın, təxminən 1 ay əvvəl İrana səfər etdiyi məlum olub.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, mətbuatın diqqətini çəkmək istəmәyən məşhur ailənin bu səfərini, jurnalistlәr Baturinanın Məşhəddə İmam Rzanın (ə) hərəminin qarşısında çarşablı fotosunu paylaşmasından sonra öyrənib.

İSNA xəbər agentliyi Lujkov və Baturinanı İranda müşayiət edən Qriqoryevə müraciət edərək səfərin təfərrüatlarını və hədəfləri barədə məlumat əldə edib. Yuriy Lujkov və xanımı Yelena Baturinanın İranda, təxminən 8 gün qaldığını deyən Qriqor, onların bu müddət ərzində siyasət və ya iqtisadiyyat sahələrindən heç kəslə görüşmədiyini qeyd edib: "Yuriy Lujkov və Yelena Baturina 3 nəfər yaxını ilə birlikdə İrana turist məqsədilə səfərə gəlib. Onlar İranın qədim sivilizasiyası və İslam haqqında məlumat əldə etmək istəyirdi".
O, ailənin xüsusi təyyarə ilə gəldiyini və bir həftə ərzində Tehran, Kaşan, Abyanəh, İsfahan, Şiraz, Yəzd və Məşhəd şəhərlərinə ziyarət etdiyini bildirib.
O, əksər turistlər kimi, Lujkov və Baturina da iranlıların qonaqpərvərliyinə müsbət mənada təəccübləndiyini deyib. Lujkov və Baturinanın İrana ilk dəfə gəldiyini bildirən Qazaryan daha sonra sözlərini belə davam edib: "Əvvəllər digər müsəlman ölkələrinə də səfər etmişdilər, amma indi çox qədim tarixi qonşuları olan İranı görmək istədilər. Səfər marşrutunu da özləri seçdilər. Məşhəddə, təxminən yarım gün qaldıq və bu müddət ərzində təkcə İmam Rzanın (ə) pak hərəmini görə bilmişik. Lujkov və Baturina, İslam memarlığı və şiə mədəniyyəti ilə maraqlandı. Məşhəd marşrutlarının son nöqtəsi idi və ziyarətdən sonra dərhal xüsusi təyyarələri ilə İranı tərk etdilər". Moskvanın sabiq meri Yuriy Lujkovun xanımı Yelena Baturina 1 milyard dollarlıq sərvətilə Forbes jurnalının ən varlı Rusiya qadınları siyahısının zirvəsindədir.
vatsap və facebookda paylaş
Sosial şəbəkədən giriş:
vk fb mail google yandex