Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Qadındakı ən yaxşı xislətlər

Qadındakı ən yaxşı xislətlər
+1
Mətndə qrammatik səhv var?
Qadındakı ən yaxşı xislətlər

İmam Əli (ə): «Qadınların ən yaxşı xüsusiyyətləri kişilərin ən pis xüsusiyyətləridir: qürur, qorxaqlıq və xəsislik. Çünki qadın məğrur olsa özünü (naməhrəmin) ixtiyarına verməz. Xəsis (tutumcul) olsa, özünün və ərinin malını saxlayar, qorxaq olsa başına gələn (bədnamlığına səbəb ola biləcək) hər şeydən qorxar.»

İdarəçiliyin qadına tapşırılmasının qadağan olunması
ALLAHın Peyğəmbəri (s.a.a.): «Öz işlərinin cilovunu qadınların əlinə verən kişi heç vaxt nicat və qurtuluşun üzünü görməz.»

ALLAHın Peyğəmbəri (s.a.a.): «Öz işini qadına tapşıran camaat heç vaxt qurtuluşun üzünü görməz.»

İmam Əli (ə): «Qadına onun gücündən artıq olan işi tapşırma. Çünki o, işçi deyil, bir güldür. Onu əzizləməkdə də həddini aşma və elə eləmə ki, (sənin yanında) kimisə şəfaət etməyə cürət etsin.»

Qadını sevməyin təriflənməsi
ALLAHın Peyğəmbəri (s.a.a.): «Bəndənin imanı artdıqca, onun qadına olan sevgisi də artar.»

İmam Sadiq (ə): «Kimin bizə məhəbbəti artarsa, qadın və halvaya məhəbbəti də artar.»

İmam Sadiq (ə): «Qadın sevgisi Peyğəmbərlərin (ə) əxlaqındandır.»
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.