Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İmam Hüseynin günbəzinin yanlış forması

İmam Hüseynin günbəzinin yanlış forması
+1
Mətndə qrammatik səhv var?
İmam Hüseynin günbəzinin yanlış forması

Bir yanlış məlumat barədə açıqlama...

İnternetdə onlarla, bəlkə yüzlərlə səhifədə bir şəkil paylaşılır. Demək olar ki, yalnız bircə günbəz və onun təməlində duran xırda binadan ibarət olan bu şəklin İmam Hüseyn (ə) hərəminin qədim fotosu olduğu bildirilir. Binanın girişində bir neçə nəfər də gözə dəyir. Təəssüf, hətta biz də bu məlumata inanmışdıq. (Bəzi səhifələrdə bir az da irəli gedib yazıblar ki, şəkil guya 1810-cu ildə çəkilib !)
***
Əvvəla, 1810-cu ildə hələ foto kəşf olunnmamışdı, heç Avropada həmin ilə aid fotoşəkil qalmayıb, o ki olsun Şərqdə.

İkincisi, İmam Hüseyn (ə) hərəminin üzərindəki binanın əsası Büveyhilər zamanında qoyulub. Yəni binanın kökü həmin tikilidir. Sonrakı zamanlarda təmirlər, əlavələr olmuşsa da, hərəmin şəkildə göstərilən tərzdə xırda bir vəziyyətə düşməsi barədə tarixdə heç nə yoxdur. Yəni İmam Hüseyn (ə) hərəmi 1000 ildən çoxdur ki, o günə düşməyib əlhəmdü lillah.

Üçüncüsü, bu şəkli gördüyüm vaxt günbəzin formasına baxıb şübhəyə düşmüşdüm ki, bu, həqiqətənmi İmam Hüseyn (ə) hərəminin günbəzidir? Çünki şəkildəki günbəzin quruluşu fərqlidir. Günbəz, necə deyərlər, özül hissədə çox "daraldılıb", yəni günbəzin özülündə duran dairənin diametri günbəzin enli hissəsinin diametrindən çox kiçikdir.

Nəhayət, dördüncüsü, bəzi qədim fotolardan məlum olur ki, bu yer Kərbəlada Hürrün məqbərəsidir. Hürrün məzarı üzərindəki günbəzin indiki quruluşu da bunun kimidir. Görünür, baxımsızlıq və ya başqa səbəb üzündən məqbərə bir zamanlar acınacaqlı vəziyyətə düşübmüş, divarların və günbəzin üzərindəki üzlüklər tökülübmüş.
Fotonun tarixinə gəlincə, hardasa 1900-cu illərdə çəkildiyini güman edirəm.

Qeyd:
Haqqında danışdığım foto yuxarıdakıdır. O biri fotolar isə Hürrün məqbərəsinin qədim və hazırki görüntüləridir.
Natiq Rəhimov

bunu dostlarınızın bilməsini istəyirsinizsə aşağıdakı bölmələrdən biriə daxil olub vatsapda,facebookda və s. paylaş
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.