Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

ATEİZM, DEİZM VƏ TEİZM. 2-ci mövzu.

ATEİZM, DEİZM VƏ TEİZM. 2-ci mövzu.
+2
Mətndə qrammatik səhv var?

Bu mövzuda sizə bu üç termin barədə qısa məlumat vermək istəyirəm.
ATEZİM - “Ateist” hərfi tərcümədə “tanrıya inanmayan” deməkdir. Ateizm anlayışının tarixi qədim yunan mədəniyyətində e.ə. V əsrə gedib çıxsa da, o, XVIII əsrdə yəhudi-xristian tanrısına inamsızlıq dünyagörüşü kimi Avropada meydana gəlib. Qərbdə ilk dəfə özünə ateist deyən fransız maarifçi filosofu baron Holbax (XVIII əsr) olmuşdur. İslam terminologiyasında bu sözün qarşlığı - Kafirlik kimi təqdim olunur. Hal hazırda dünyada 1 milyarda yaxın ateist düşüncəli insanın yaşadığı ehtimal olunur. Avropa ölkələri içərisində ən çox ateistin yaşadığı ölkə Fransadır. Əhalisinin 33 faizi Tanrıya inanmır. Atezim düşüncəsi özüdə bir neçə hissəyə ayrılır və ateistlərin içərisində tanrının varlığını inkar etməyib, lakin onu önəmsiz sayanlarda var. Ateizmin qismləri : Praktik ateizm, Nəzəri ateizm, Teorik Ateizm, Materializm, Laqeyd Ateizm, Neqativ və pozitiv ateizm və sairə.
DEİZM - ("deus" latın dilindən hərfi tərcümədə tanrı deməkdir.) Tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir. Deizmin daxilində çoxlu cərəyanlar var. Deizmin sərt qanunları olmadığına görə onun sərhədlərini də müəyyən etmək çətindir. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir. Bundan əlavə Deizm Tanrının mövcudluğu ideyası ilə elmi qarşı-qarşıya qoymur, onları harmoniyaya salmağa çalışır.
TEİZM - ( "teos" sözü yunan dilində Allah deməkdir) Allahı bütün həqiqəti ilə qəbul edən dini-fəlsəfi təlim. Daha dəqiq, kainatla Tanrı arasındakı əlaqəni aydınlaşdıran, mövcud kainatın yaranması və idarəsinə cavabdeh olan bir Tanrı anlayışını özündə əks etdirən, bu Tanrının müxtəlif yollarla din göndərdiyi fikrini müdafiə edən əqidədir. Bu yanaşmaya görə, Tanrı daima insanlarla əlaqə halındadır. Bu baxışları mənimsəmiş insanlara Teist deyilir. Bu inanc İslamın Tovhid inancı ilə demək olar ki, eyniyyət təşkil edir.
Teizm özlüyündə iki hissəyə ayrılır:
1. Monoteizm - tək tanrıçılıq.
2.Politeizm - çox tanrıçılıq. Təcrübi olaraq Politeizm çoxsaylı allahların olması inancı deyil, eyni zamanda xüsusi panteonların olduğu inancıdır.
Bəşir Mansurov
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.