Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Peyğəmbəri (s) qocaldan surə hansıdır?

Peyğəmbəri (s) qocaldan surə hansıdır?
+1
  • 18 oktyabr 2016
  • Bölmə: Quran
  • Baxış: 4 947
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Peyğəmbəri (s) qocaldan surə hansıdır?

"Nurus-səqəleyn"də həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur:

"Hud» surəsi məni qocaltdı"

Bu surənin ayələrindən alınan ümumi nəticə budur ki, müsəlmanlar heç vaxt düşmənin çoxluğu və hücumlarının şiddətinə görə meydandan qaçmamalıdırlar.

İbn Abbas nəql edir: "Həzrət Peyğəmbər (s) üçün heç bir ayə "Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də istiqamətlənin(doğru yolda olun)...." ("Hud"-112) ayəsi qədər çətin gəlməmişdi".

Yaxınları həzrət Peyğəmbərdən (s) saçının tez ağarmasının səbəbini soruşanda, O Həzrət (s) "Hud" surəsini səbəb göstərdi(«Məcməül-bəyan»,5-ci cild,səh.199).

Başqa bir rəvayətdə isə nəql olunur ki, «Hud» surəsinin 112-ci ayəsi nazil olanda, Həzrət (s) buyurdu: "Ətəyinizi kəmərinizə keçirin". Bu hadisədən sonra Həzrəti (s) bir daha gülən görən olmadı("Əl-mənsur").

Haqqında bəhs etdiyimiz ayədə dörd göstəriş vardır: "Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də istiqamətlənin(doğru yolda olun)Tüğyan etməyin ki, Allah sizin nə etdiklərinizi görür".("Hud"112):

Birincisi, Həzrətin(s) istiqamətlənməsi(doğru yolda olması), ikincisi, bu istiqamətin ilahi rəngdə olması, üçüncüsü, Həzrətin (s) öz ətrafındakı müsəlmanları istiqamətləndirməsi və nəhayət dördüncü göstəriş, bu mübarizədə ədalətə riayət olunmasıdır. Başqa sözlə, istiqamət, ixlas, möminlərə rəhbərlik və həddi aşmamaq.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.