Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Aşura günü oruc tutmaq

Aşura günü oruc tutmaq
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Aşura günü oruc tutmaq

Əziz qardaşlar və bacılar xahiş və təkid edirik oxuyun və bölüşün bu vacib Əhli beytin ə.s. göstərişini

Şiə məzhəbinə görə, aşura günü oruc tutmaq şiddətli məkruhdur. Səbəbi isə budur ki, İmam Hüseyn (ə) Kərbəlada şəhid edildikdən sonra Onu öldürənlər şadyanalıq etdilər və İmam Hüseynə (ə) qalib gəldikləri üçün Allaha şükr niyyəti ilə həmin gün oruc tutmaq dəbini qoydular.

Bu barədə bəzi hədislərin tərcüməsini diqqətinizə təqdim edirik.

İmam Rza (ə) buyurub: “...Aşura günündə İmam Hüseyn (ə) qətlə yetirilib. Həmin günü İbn Ziyad mübarək saydı (bayram etdi), amma Ali-Mühəmməd (ə) həmin günü matəm tutur. Hər kim aşura günündə oruc tutsa və təbrik desə, Allah-təala qiyamət günündə onun qəlbini kafirlərin qəlbinin şəklinə salar, həmin adamı aşura günündə oruc tutmağı və təbrik deməyi dəb qoymuş adamlarla bir cərgədə məhşərə gətirər”.

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “...Məgər belə bir gündə oruc tutularmı? Kəbənin Rəbbinə and olsun ki, həmin gün oruc günü deyil, göyün və yerin əhli üçün, bütün möminlər üçün hüzn və müsibət günüdür...” (hədislər “əl-Kafi” kitabındandır, “Kitabüs-Siyam”, “Ərəfə və aşura günlərinin orucu” babı, hədis 4-7, IV cild, səh. 146-147)

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex