Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Cinin yanması

Cinin yanması
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Cinin yanması


İmami-Qazali, imami Kuteybədən o da Bəni-Kə'əbdən bir şəxsdən hekayət edir. Xurma satmaq üçün Bəsrə şəhərinə bir məhəlləyə gəldim. Kirayə qalmaq üçün bir ev tapdım. İçərisində hörümçəklər yuva qurmuşdu. Bu evi sahibindən kirayə qalmaq üçün istədim. Evin sahibi bu evdə ifrit deyilən kafir bir cin yaşayır, bu evə girəni həlak edib öldürür dedi. Nəhayət, Allah-təala məni o cindən mühafizə edib qoruyar deyib, o evi kirayə aldım. Gecə oldu, bir də gördüm ki, qapqara atəş kimi bir məxluq üstümə doğru gəlir. Mən dərhal Ayətəl-kürsünü oxumağa başladım, mən oxuduqca o da mənimlə birlikdə kəlmə-kəlmə Ayətəl-kürsünü oxuyurdu. Mən Ayətəl-kürsünün "Vəla-yə-uduhu hifzu-huma və huvəl Əliyyul Əzim" kəlmələrini dedikdə o cin daha mənimlə birlikdə oxuya bilmədi. Mən isə bu kəlmələri davam etdim, o qara atəş cin yox oldu. Mən də bir küncdə yuxuya getdim. Səhər açıldı, baxıb gördüm ki, cin olduğu yerdə bir topa kül var, bu zaman qulağıma qeybdən bir səs gəldi. Sən böyük bir cin kafirini yandırdın. Mən o cini nə ilə yandırdığımı soruşduqda: "Vəla-yə-uduhu hifzu-huma və huvəl Əliyyul Əzim" ayəsini təkrar-təkrar oxumaqla sən o kafiri yandırdın dedi. Hər kim Ayətəl-kürsünü sağına, soluna, önünə, arxasına, aşağıya, yuxarıya və bədəninə oxuya, üfləyə 8-ci ilə də oxuya-oxuya fırlanıb özünə halqa içinə alarsa, o gün o şəxsə heç bir kimsə zərər verə bilməz, evinin önündə qiyamət qopsa da xəbəri olmaz. Nə qədər maddi və mə'nəvi qüvvəyə sahib olduğunu müşahidə edəcəkdir. Həzrət peyğəmbərin (s.ə) əshabələrindən biri bir cin ilə qarşılaşdı, cinlə davaya başladılar. Həmin şəxs cinə qalib gələrək yerə yıxdı, cin o şəxsə dedi ki, mən sənin zəif bir insan olduğunu görürdüm. Səninlə ikinci dəfə yenə dava edəcəm, əgər ikinci dəfə də məni məğlub etsən, sənə ən mənfəətli və faydalı bir şey öyrədəcəm. Onlar ikinci dəfə də davaya başladılar, yenə həmin şəxs cinə qalib gəldikdə, cin ona deyir: Sən Ayətəl-kürsünü oxuyursan? Həmin şəxs deyir: Bəli, Ayətəl-kürsünü oxuyuram. Ayətəl-kürsünü oxunan evə cin-şeytan gələ bilməz, gəlsədə qalib gəlməz, sabaha kimi cin və şeytan çalışıb-vuruşub o evdən uzaqlaşar.

Hər hansı bir şəxsin bir zalımın yanında hacəti olarsa və ondan qorxarsa, bu şəxs həmin zalımın yanına gederkən Ayətəl-kürsünü oxusun, sonra da bu ayəni oxusun:

"Yə Həyyu-yə Qəyyumu yə-bədi'əs-səmə-vati vər-ərzi, yə zəlcəlali vəl ikram". Yə'ni ya Rəbbi, bu ayəti-kərimə və içindəki Əsmai-İlahinin hörmətinə, bu zalımın dilini bağla, mənim haqqımda yaxşılığdan başqa bir şey danışmasın. Sonra zalımın yanına gedərsə Allah-təala o zalımı ona qarşı həlim edər və ondan zərər gəlməz, bütün şər yollar, qapılar bağlanar, xeyir qapıları onun üzünə açılar, hamı onunla xoş rəftar olar, sözü ötkəm olar. Sən Ayətəl-kürsü ürək ağrısına, təngnəfəsliyə, ciyər, qarın baş ağrısına qarşı oxunarsa Allahın iznilə şəfa tapar. Bir şəxs cümə günü günorta (əsr) namazından sonra tənha bir yerdə Ayətəl-kürsünü 17 dəfə oxuyarsa ona yaxşılıqlar hasil olar, duası qəbul olar. Ayətəl-kürsü İsmi-Ə'zəmdir.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex