Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Aşura günü baş verən yalançı hadisələr haqqında

Aşura günü baş verən yalançı hadisələr haqqında
0
Mətndə qrammatik səhv var?
Aşura günü baş verən yalançı hadisələr haqqında

Aşura günü haqqında deyilən savablar əslində uydurma və təhrifdir!
Şeyx Səduq öz sənədi ilə İləluş-Şəraye və Əmali kitablarında Cibillə əl-Məkkiyədən belə nəql edir ki , İmam Əlinin (ə.s) qəlb dostlarından olan Meysəmi Təmmardan belə eşitdiyini rəvayət edir: Allaha and olsun ki, bu ümmət öz peyğəmbərlərinin nəvəsini Muhərram ayının onuncu günü öldürəcək və Allahın düşmənləri o günü bərəkət günü kimi qeyd edəcəklər. Bu iş Allahın elmində buyurulan qəti olacaq qəzalardandır. ( Yəni bu hadisə mütləq olacaq ) İmam Əlinin ( ə.s ) mənə öyrətdiyi elm əsasında mən bundan xəbərdar oldum.
İmam Əli ( ə.s) mənə bildirdi ki bütün yaradılmışlar- hətta çölün yırtıcı heyvanları, dənizdəki balıqlar və göydə uçan quşlar belə Peyğəmbərin ( s ) nəvəsinə ağlayacaq.
Günəş, ay, ulduzlar, göy, yer, insan və cinlərin mömin olanları, səmalardakı bütün mələklər Ridvan mələyi (cənnətin qoruyucu mələyi) və Malik, bütün qoruyucu mələklər - göy və ərşi qoruyan mələklərin hamsı imam Hüseyinə ( ə ) ağlayacaq.

Meysəm daha sonra dedi: “Allaha şərik qoşanlara, Yəhudi, Xristian və Məcusilərə Allahın lənəti vacib olduğu kimi İmam Hüseyni ( ə ) də öldürənlərə həmçinin lənət vacibdir.

Cibillə deyir ki, Meysəmə -İnsanlar necə İmam Hüseynin ( ə ) şəhadət gününü bərəkət günü biləcəkdir? deyə soruşdum. Meysəm bu suala cavab olaraq ağladı və dedi: özləri uydurduqları bir hədis əsasında- Aşura gününün Adəmin (ə) tövbəsinin qəbul olduğu gün olduğunu deyəcəklər; ancaq Adəmin ( ə )tövbəsi Zilhiccə ayında qəbul olunmuşdu. Yenə onlar Aşura günündə Allahın Davudun (ə) tövbəsini qəbul etdiyini deyəcəklər; ancaq Davudun (ə) tövbəsi də Zilhiccə ayında qəbul olundu. Onlar bu gündə Allahın Yunusu (ə) balığın qarnından qurtardığını deyəcəklər; ancaq Allah Yunusu (ə) Zilqədə ayında balığın qarnından çıxarmışdı. Onlar Aşura günündə Nuhun (ə) gəmisinin sahilə yanaşdığını deyəcəklər; ancaq bu hadisə Zilhiccə ayının 18-ci günü vaqe olmuşdu. Onlar bu gündə Bəni İsrailin xilas olması üçün dənizin Allah tərəfındən Musa (ə) üçün yarıldığını deyəcəklər; ancaq bu hadisə Rabiul əvvəl ayında olmuşdu. Daha sonra Meysəm dedi: Ey Cibillə. Bil ki , həqiqətən İmam Hüseyn ( ə ) qiyamət günu Seyyiduş Şühəda və səhabələrindən olan şəhidlər də digər şəhidlərdən üstün olaraq gələcəklər. Ey Cibillə. Bax, Səma və dənizlər günəşə qədər qan kimi qırmızı rəngə boyandığı zaman bil ki , şəhidlər sərvəri İmam Hüseyni ( ə ) qətlə yetirdilər. Və Cibillə deyir ki ,bu deyilənlərin şahidi olduqda ağlayaraq dedim: And olsun Allaha ki, Ağamız İmam Hüseyni ( ə ) qətlə yetirdilər.


Şeyx Səduq -İləluş-Şəraye c 1 , səh 227. bab 162.
Şeyx Səduq -Əmali məclis 27 , rəqəm 1.
Biharul-ənvar c 45 , səh 203.
Feyz Əl-Kaşani - Vafi c 11 , səh 76.
Şeyx Abbas Qummi - Səfinətul Bihar c 6 , səh 270.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.