Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Bunları bilirdinizmi ?

Bunları bilirdinizmi ?
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Bunları bilirdinizmi ?



İmam Hüseynin(ə.s) elə bir xüsusiyyətləri vardır ki, bu xüsusiyyətlər qalan heç bir Mə'sumda yoxdur:


—Yeganə İmamdır ki, döyüş meydanında şəhid olmuşdur.

—Yeganə İmamdır ki, təvəssül duasında ona "Ya Şəhid" deyərək xitab edilir; halbuki, bütün İmamlar(ə.s) şəhid olublar.

—Yeganə İmamdir ki, sağlığında iki şəhid atası olmuşdur (Əli Əkbər və Əli Əsğər).

—Yeganə İmamdır ki, dünyadan köçməyinin 40-cı günü (Ərbəini) ziyarət olaraq qeyd olunur.

—Yeganə İmamdır ki, pak qəbri 10 dəfədən çox dağıdılıb ki, əlaməti qalmasın.

—Yeganə İmamdır ki, dünyaya gəlməmişdən min illərlə öncə onun müsibətinə ağlamışlar.

—Yeganə İmamdır ki, ona sağlığında əza məclisi tutulmuş və hətta uşaq ikən onun müsibətinə görə ağlamışlar.

—Yeganə İmamdır ki, qüsulsuz və kəfənsiz dəfn edilib.

--Yeganə İmamdır ki, mübarək başını bədənindən ayırıblar.

—Yeganə İmamdır ki, nizədən, oxdan, qılıncdan və daş-qalaqdan yüzlərlə yara aldıqdan sonra şəhid edilmiş və susuz dodağından zərbətlənmişdir.

—Yeganə İmamdır ki, şəhid edildikdən sonra ailəsini əsir götürmüşlər.

—Yeganə İmamdır ki, atası, anası və 9 övladı Məsumdur.

—Yeganə İmamdır ki, dünyaya gəldiyi ay heç bir şəhadət yoxdur və şəhid edildiyi ayda da heç bir mövlud yoxdur.

—Yeganə İmamdır ki, altı aylığında dünyaya gəlmişdir.

—Yeganə Məsum və yeganə İmamdır ki, qəbrinin torpağından şəfa məqsədi ilə yemek olar.

—Yeganə İmamdır ki, hər il Ərbəində milyonlarla insan atası Əmirul-Muminun Əlinin(ə.s) Nəcəfdə mübarək və pak qəbrini ziyarət edib 80 km məsafəni Kərbəlaya piyada gedərək onun mübarək qəbrini ziyarət edirlər.

bilmirdinsə paylaş
Sosial şəbəkədən giriş:
vk fb mail google yandex