Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Xəyanət

Xəyanət
Yaddaşda saxla
  • 26 sentyabr 2016
  • Bölmə: Ailə
  • Baxış: 2 847
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Xəyanət

Boşanmalara və amansız cinayətlərə səbəb olaraq ailədə xəyanəti əsas fakt kimi göstərmək olar.
Xəyanət və xainlik bağlı olduğu, müdafiə etdiyi düşüncələrdən imtina edə¬rək onlara tərs düşməkdir.
Şərqdə və İslamın hakim olduğu coğrafiyada çoxarvadlılıq daha geniş yayılmışdır. Bu ənənə bölgədə hakim olan İslam dininin göstərişindən irəli gəlir. Lakin bəzən İslam dinin göstərişi təhrif edilərək sui istifadə edilir. Çoxarvadlılıq da həmin mə¬sə¬lə¬lərdən biridir desək ya¬nılmarıq. Çünki Quranda məlum göstə¬rişlə yanaşı əlavə şərtlər də sadalanır. Həmin şərtlərə əməl edilmə¬dikdə göstəriş qüvvədən düşür və qadağa halına gəlir.
(ətraflı Nisa surəsi 3-cü ayə)

Əlavə olaraq İslam dinində sazişi və razılaşmanı pozmaq məqbul bir əməl sayılmır. Yəni əgər qadın ailə qurmazdan əvvəl kişi ilə ikinci bir evliliyin olmaması mövzusunda saziş bağlayıb razılığa gələrsə həmin razılaşmanı pozmaq günah əməllərdən sayılır. . (Seyid Sistani “Şəriət Höküm¬lərinin izahı”-“İzdivacın müxtəlif məsələ¬ləri” məsələ 2469 səh. 245)

Öz hissi davranışlarına Qurani-Kərimlə bəraət qazandırmaq istəyən kişilərə tövsiyəmiz budur ki, sözügedən ayəni yenidən diqqətlə oxusunlar. Çünki Allah qadınlar arasında ədalətlə rəftarı şərt qoyur. Riayət edə bilməyəcəkləri təqdirdə isə biri ilə kifayətlən¬mələrini əmr edir. Əvvəlki mövzulardan da məlum olduğu kimi kişi bir qadınla belə ədalət və düzgünlüklə rəftar etməsi çətindir. Ümumiyyətlə qadına layiq olduğu dəyəri verməyə kişinin qüvvəti və qüdrəti yetməz.

Bəs niyə qadın ərinin ikinci dəfə ailə qurmasına razılıq vermir?
Sosial şəbəkədə bu mövzuda apardığımız qısa sorğuda müxtəlif fikirlər səsləndirildi.
1. Qadın eqaistdir və sahib olduğunu başqası ilə bölüşmək istəmir.
2. Qadın ona meyl və diqqətin azalmasından qorxur.
3. Qadın imanı zəifdir.

Sadalananlar sorğunun xülasə nəticəsidir . Birinci və ikinci səbəb məqsədəuyğun olsa da üçüncüsü isə əsaslı səbəb ola bilməz .

Bizim isə bu məsləyə yanaşmamız fərqlidir. Qadın gücsüz və aciz

olduğu üçün özünə rəqib istəmir. Əgər kişi sorğuda sadalanan səbəblərə məhəl qoymadan ikinci dəfə evlənsə , gücsüz qadın ailəni tərk edər yəni qorxduğu üçün rəqabət meydanından qaçar. Güclü qadın isə ərinə əvvəlkindən daha çox məhəbbət ,itaət və fədakarlıq göstərməklə meydanda qələbə çalar və ərinin nəzərində əvəzolunmaz olar.
Qadınlar daima üsullar axtarıblar ki, ərləri ikinci dəfə evlənməsinlər. Bəziləri ərlərini qisqanclıq məngənəsinə salmaqla, bəziləri isə sərbəst buraxmaqla bu “problemi” həll etməyə çalışıblar.

Amma qadınların nəzərinə çatdırım ki, o üsulların heç birinin faydası yoxdur. Çünki kişinin zatında olan bu hiss fürsət tapan kimi özünü büruzə verəcəkdir. Bu məsələnin bir həlli yolu var. Qadınlar ərlərinə aşırı məhəbbət göstərməli, itaət və fədakarlıq etməlidirlər. Məhz məhəbbət itaət və fədakarlığı ardıcıl yazmağımın xüsusi səbəbi var.

Məhəbbət kişini qadına bağlayar.
Ərə qarşı nə qədər bacarırsızınsa məhəbbət göstərin. Ər bu məhəbbəti sizin hər baxışınızdan hiss etməlidir. Amma çöldə başqa qadının məhəbbəti kişini aldada bilər. Odur ki, sözsüz itaətlə ərinizi heyran qoyun. Çünki çöldəki qadın iki gün tanıdığı birinə itaət etməz. Kişi dominant ruhlu olur və ona itaət edən qadına üstünlük verər. Fədakarlıq kişinin vicdan və insafını cuşa gətirər.Ailədə fədakar olmaqla ərinizi valeh edin.Çünki çöldəki qadın itaətkarlıq vasitəsi ilə ərinizi tovlamaq istədiyi zaman, sizin fədakarlığınız ərinizin vicdanını oyadar və başqa qadına meyl etməsinin qarşısını alar. Nəticədə Şah və Mat ...

Zaur Tahirsoy - Ailə Müşaviri (“Xoşbəxt ailə notları” kitabının müəllifi)

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex