Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Zina

Zina
Yaddaşda saxla
  • 21 sentyabr 2016
  • Bölmə: İslam
  • Baxış: 6 266
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Zina

Eyş-işrətlə əlaqəsi olan nəsillərin beldən yuxarısı işləməz, bütün söz və hərəkətləri beldən aşağıya yönəlmiş olar və onlar, ən məhsuldar çağlarında beyinlərini boş, hətta zərərli işlərlə məşğul edərlər
Bildiyimiz kimi düyada yayılmış ən geniş günahlardan biri də zinadır. Zina insanların öz cinsi düyğularından yanlış istifadə etmələri deməkdir. Zina onu etmiş insana bir çox zərələr gətirir ki, IslaminSesi onlardan 8-ni oxucularına təqdim edir.

1. Fahişəlik və ailələrin dağılması
Nigah, cəmiyyətin həyatı üçün böyük bir nemətdir. Qeyri-qanuni münasibətlər isə ailə qurumunu aradan aparır, qurulmuş ailənin dağılmasına və pərişan olmasına səbəb olur. Geriyə isə faydasız peşmanlıqlar, aldatmağın və ya aldadılmağın verdiyi acıyla yaşayan kişi və qadınlar, bir-birindən ayrılmış ana və atanın bağ və şəfqətindən məhrum böyüyən övladlar qalır.

2. Beyinlərin və düşüncələrin bloklanması

Məlum olduğu kimi eyş-işrətlə əlaqəsi olan nəsillərin beldən yuxarısı işləməz, bütün söz və hərəkətləri beldən aşağıya yönəlmiş olar və onlar, ən məhsuldar çağlarında beyinlərini boş, hətta zərərli işlərlə məşğul edərlər.

3. İnsana vicdan əzabı verdirir.

Bu etiraflar, günah bataqlığına düşdüyünə görə vicdan əzabı duyan bir gəncə aiddir. Bir baxın görün nə deyir: "5-ci sinifdən bəri bəzən "uyğun olmayan" kinolara gedirəm. Bu, daha sonra mənə inanılmaz əzablar verir. Günlərlə gülməyi özümə qadağan edir, insanlardan qaçır, özümü ətrafımdakı yaxşı insanlardan çox aşağı və alçaq görürəm. Xoşbəxtlik deyil bir az rahatlığa ehtiyacım var. Elə daxili ixtilaflardayam ki, bir gün gələr və buna dözə və hər şeyi pis bir şəkildə qoyub gedərəm deyə qorxuram".

4. İslami məhəbbət və həyəcanı öldürür.

Zina səbəbindən haramlar etmək, zamanla insanın qəlbini qaraldar ki, Quranın "... əslində onların qəlblərini qazandıqları (günahlar) üzündən paslanmışdır" (Mütəffifin 14) - ayəsinin sirri burada aşkar olur.

Qəlb duymaz və duyğulanmaz hala gələr. Əgər günahlar qəlbi qaraldarsa, nəticədə insanda islami məhəbbət və həyəcanın olması mümkün olmaz.
Bu məqamda məsələyə ciddi yanaşmayan, özünü intizama uyğunlaşdırmayan bir insanın qəlbinə hər baxışında bir qara ləkə düşər. Ürəyin hər gün yara alması qədər insanı təqva məsələsində zəiflədəcək bir şey yoxdur. Bu vəziyyətdə yara almış qəlbin müqavimət gücünün də zəifləyəcəyini və daha əvvəl həssaslıq göstərdiyi mövzularda da geriləmə yaşayacağını deyə bilərik. Çünki bunların hamısı bir-birinə bağlıdır.

5. Unutqanlıq yaradır.

Bu xəstəlik zina edən insanlarda daha çox müşahidə olunur. Cinsi məsələlərin səhv istifadəsi və qarşı cinsə baxmaq insanın yaddaşını, diqqətini viran edir.
Yaddaş mütəxəssisləri hazırda unutqanlığın və yaddaş zəifliyinin artmasını XX əsrin “hədiyyəsi” olaraq dilə gətirirlər. Onlara görə beynin işləməsinin bloklaşdırılması, televizora çox baxmaq, nəzarətsiz xəyallar qurmaq kimi əməllər səbəbindən beyin tutumunun zəiflədilməsi və sistemsiz (əlaqəsiz) düşünmək vərdişi kimi amillər yaranır ki, bu da insanlarda unutqanlığa səbəb olur.

6. Sektor halına gəlməsi sağalmaz yaralar açır.

Fahişəliyin cəmiyyətə gətirdiyi zərərlərdən biri də fahişəlik üçün yaradılan yerlərdir. Hazırda artan degenerasiyalaşma ilə mütənasib olaraq fahişəlik məkanları da artmaqdadır ki, bu da cəmiyyətin əxlaqi süqutunu sürətləndirir. Hazırda belə məkanlar uşaq deyiləcək yaşda olan insanlar vasitəsilə dolur və nəticədə müqəddəs ailə telləri zədələnir. Sədaqətsizlik və vəfasızlıq kimi hallar bu səbəbdən daim artmaqdadır.

7. Abortları artırır.

Fahişəlik nəticəsində istəmədən də olsa qadınlarda hamilə qalmalar olur. Onlar da atasız bir uşağı böyüdüb bəsləmək istəmir. Beləliklə, ən böyük cinayətlərdən sayılan abortu etməli olurlar.

8. İnsanın sağlamlığını təhlükə altına alır və dəhşətli xəstəliklərə səbəb olur

Qeyri- qanuni əlaqələr insanın sağlamlığı üçün də zərərlidir. Bir çox zöhrəvi xəstəliklərin qaynağının zina olduğu tibb tərəfindən sabit olmuşdur. Hətta hazırda insan sağlamlığını təhdid edən QİÇS xəstəliyi də adətən çoxalma orqanları yoluyla bulaşır. Zinanın geniş yayılmış hala gəldiyi cəmiyyətlərdə ölüm hadisələrinin çoxalacağını xəbər verən peyğəmbərimiz(s), bu məsələyə diqqətimizi çəkmişdir.

paylaşaq hamı görsün

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex