Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

İmam Rza(ə.s) kəlamlar

İmam Rza(ə.s) kəlamlar
Yaddaşda saxla
  • 08 sentyabr 2016
  • Bölmə: İslam
  • Baxış: 3 789
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
İmam Rza(ə.s) kəlamlar

Allah öz kitabında dəstəmazın üz və əlləri yumaqdan, başa məsh çəkməkdən ibarət olduğunu bildirmişdir. Dəstəmazı yalnız bövl, ğait, yel, yuxu və cənabətli olmaq aradan aparır. Kim ayaqların üstünə yox, qeyri şeylərin üzərinə məsh edərsə Allah və Rasulullahın ( s.ə.ə.v ) ziddinə getmiş olar. Allahın vacibatını tərk edər və və kitabına əməl etməmiş olar.
Cümə günü qusl etmək sünnədir. Fitr və Qurban bayramı günlərində, Məkkə və Mədinəyə daxil olanda, ziyarət və ehram qüsulu, Ramazanın 1 ci, 17 ci, 19 cu, 21 ci və 23 cü gecələrində də qüsl etmək müstəhəbdir. Cənabət və heyz qüsulları isə vacibdir.
Vacib namazlar - zöhr dörd rukət, əsr dörd rukət, məğrib 3 rukət, işa dörd rukət, sübh 2 rükət olmaqla ümumilikdə on yeddi rukətdir.
Müstəhəb namazlar isə 34 rukətdir. Bunların 8 rukəti zöhr namazından əvvəl, 8 rukəti əsr namazından əvvəl, 4 rukəti məğrib azanından sonra, 2 rukəti də işa namazından sonra oturaraq qılınır. Yenə gecə yarısının vaxtında 8 rukət gecə namazı, 2 rukət şəfi namazı, 1 rukət vitr niyyəti ilə namaz qılınır. İki rükət də sübh namazının nafiləsidir ki, sübh namazından əvvəl qılınır.
Namazı öz vaxtında qılmaq çox fəzilətlidir. Camaat namazının savabı təklikdə qılınan namazdan 24 dəfə ( bir hədisdə 100 dəfə ) üstündür. Fasiq - facir insanların arxasında namaz qılınmaz, Vilayəti qəbul etməyənlərə iqtida edilməz, murdar, meyyit və yırtıcı heyvanların dərisi üzərində namaz qılmaq olmaz.
Şeyx Səduq - Uyunu Əxbarir Rza ə.s - c 2, səh 123-124.
Vəlhəmdulilləh.

Bəşir Badkubei.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex