Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Allaha gedən yolda hallar

Allaha gedən yolda hallar
+3
  • 28 iyul 2016
  • Bölmə: Allah
  • Baxış: 3 975
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?


Qurani-kərimdə buyurulur: “Allah səbir edənlərlədir”. Peyğəmbərimizdən iman barədə soruşdular, “səbir və xoş əxlaqdan ibarətdir”, - deyə cavab verdi. Başqa bir hədisdə isə deyilir: "İman iki hissədən barətdir: yarısı səbir, yarısı da şükürdür”.

Səbir, fəqrdən sonra növbəti məqamdır. Səbir məqamında yoxsulluq içində yaşayan şəxs çətinliklərə dözər, fəqrdən doğan ani əziyyətlərə səbir edər.

Möminə istər nemət verilsin, istərsə bəla, - başa düşər ki, bunlar ilahi qəzavü-qədərin nəticəsi, haqqın iradə və ixtiyarının məhsuludur. Əgər sınaq üçün verilirsə, mömin səbir edər; əgər məhəbbət və lütf məqsədilə verilirsə, şükür söyləyər.

Ariflərin fikrincə, səbirin ən yüksək dərəcəsi odur ki, bəladan xilas olmağın intizarını çəkməyəsən. Şeyx Nəsirəddin Tusi səbirin 3 növü olduğunu göstərir:

Səbirin birinci növü avamlara məxsusdur; onlar əsil ariflərə bənzəmək arzusu ilə bəladan şikayət etməz və dözərlər.

Səbirin ikinci növü abidlərə, zahidlərə və təqva əhlinə məxsusdur ki, axirət mükafatının təmənnası ilə səbir edərlər.

Nəhayət, ariflərin səbiri bunların hamısından üstündür. Onlar bəlanı Allahdan bir lütf kimi qəbul edib bundan ləzzət alarlar (Nəsirəddin Tusi – “Övsaf əl-əşraf”).

İrfan ədəbiyyatında səbir – salikin vücudunu misdən qızıla çevirən sehirli vasitəyə bənzədilir. Mövlana Rumi isə səbiri Həzrət Yusifi (ə) quyudan çıxaran xilaskar ipə oxşatmaqla, onun insana fəlakətdən nicat verən vasitə olduğunu bildirir.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.