Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Quran möcüzələri

Quran möcüzələri
Yaddaşda saxla
  • 26 avqust 2016
  • Bölmə: Quran
  • Baxış: 3 162
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Quran möcüzələri


Allah 14 əsr əvvəl insanlara yolgöstərici kitab olan Qurani-kərimi nazil etmiş və bütün bəşəriyyəti Qurana tabe olaraq xilas olmağa dəvət etmişdir. Ayədə də bildirildiyi kimi, Quran “aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir”. (Qaləm surəsi, 52) Quran nazil edildiyi gündən qiyamət gününə qədər bəşəriyyətin yeganə yolgöstəricisi olan son ilahi kitab olacaq.

Quran endirildiyi gündən bəri hər dövrdə yaşayan insanların anlayacağı asan və anlaşıqlı dildədir. Allah Quranın bu üslubunu “And olsun ki, Biz Quranıibrət almaq üçün belə asanlaşdırdıq…” (Qamər surəsi, 22) ayəsi ilə xəbər verir. Eyni zamanda, Quranın ədəbi dilinin mükəmməlliyi, bənzərsiz üslubu və hikməti də onun Allah`ın sözü olduğunu qəti sübut edir.

Quranın bu xüsusiyyətləri ilə bərabər Allah`ın sözü olduğunu sübut edən bir çox möcüzəvi xüsusiyyəti var. Bu xüsusiyyətlərindən biri ancaq XX və XXI əsr texnologiyası ilə əldə edilmiş bəzi elmi faktların 1400 il əvvəl Quranda bildirilməsidir.

Əlbəttə, Quran elmi kitab deyil. Lakin müxtəlif ayələrdə hikmətli tərzdə ifadə edilmiş bəzi elmi həqiqətlər ancaq XX əsr texnologiyası ilə kəşf edilmişdir. Quranın nazil edildiyi dövrdə elmi cəhətdən müəyyən edilməsi mümkün olmayan bu məlumatlar insanlara Quranın Allah`ın sözü olduğunu bir daha sübut edir.

Quranın elmi möcüzələrini anlamaq üçün, əvvəla, bu ilahi kitabın endirildiyi dövrün elmi səviyyəsinə nəzər salmaq lazımdır. Quranın nazil edildiyi VII əsrdə ərəblər elmi məsələlər haqqında saysız-hesabsız xurafata və batil inanca malik idilər. Kainatı və təbiəti tədqiq etmək üçün texnologiyaya malik olmayan ərəblər nəsildən-nəslə ötürülmüş əfsanələrə inanırdılar. Məsələn, səmanın dağlar vasitəsilə yüksəkdə dayandığını düşünürdülər. Bu inanca görə, Yer kürəsi düz idi və iki tərəfdəki hündür dağlar dirək kimi göy qübbəsini saxlayırdılar.

Lakin ərəblərin bu batil inancları Quranla birlikdə aradan qaldırıldı. “Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən... məhz Allah`dır...” (Rəd surəsi, 2) ayəsi göyün dağlar sayəsində yüksəkdə dayanmadığını aşkar etdi. Bunun kimi hələ bir çox məsələdə o dövrdə heç kəsin bilmədiyi mühüm məlumatlar Quranda verildi. İnsanların astronomiya, fizika və ya biologiya haqqında çox az şey bildiyi dövrdə nazil edilən Quran kainatın yaradılışından insanın yaranmasına, atmosferin quruluşundan yer üzündəki müvazinətlərə qədər bir çox məsələdə məlumatlar ehtiva edirdi.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex