Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Ürəyimizdən keçən Allah`a məlumdur.

Ürəyimizdən keçən Allah`a məlumdur.
Yaddaşda saxla
  • 26 avqust 2016
  • Bölmə: Quran
  • Baxış: 1 859
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Ürəyimizdən keçən Allah`a məlumdur.


Allah insanın ürəyindən keçən, heç kimin bilmədiyi bütün düşüncələri də daxil olmaqla, hər şeyi bilir. Çünki Allah`ın sifətlərindən biri Xabirdir. Yəni Allah hər şeyin iç üzündən, gizli tərəflərindən xəbərdar olandır. İnsan qarşısındakı insanlardan fikrindən keçən düşüncələri gizlədə bilər, ancaq Allah`dan gizlədə bilməz. Ayədə bildirildiyi kimi:

"Yerdə və göylərdə heç bir şey Allah`dan gizli qalmaz". (Ali-İmran surəsi, 5).

Başqa bir ayədə isə belə deyilir:

Göylərdə də, yerdə də yalnız O Allah`dır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün) əməlləri də O bilir! (Ənam surəsi, 3)

İnsan zaman və məkandan asılıdır. Halbuki, Allah bütün nöqsanlardan uzaqdır. Zamanı, məkanı, bütün insanları, o insanların başına gələn hadisələri yaradan və hər şeyin qədərini təyin edən Allah`dır. Ona görə, Allah insanın daxilini, zahirini, bütün düşüncələrini bilir. Quranda bildirildiyi kimi:

"… (Allah) ürəklərdə olanları biləndir!" (Mulk surəsi, 13)

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex