Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Qur'anda dua

Qur'anda dua
Yaddaşda saxla
  • 23 avqust 2016
  • Bölmə: Dualar
  • Baxış: 2 424
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Qur'anda dua


Qur'anda adı çəkilən bə'zi peyğəmbərlərin və övliyaların təvazökarlıqda etdikləri dualar:

1. Ey bizim Pərvərdigarımız, hansısa bir əmrini yerinə yetirməyi yaddan çıxarmışıqsa, ya bir işdə bizdən xəta baş veribsə, onu bizim üçün günah yazma. Ey Pərvərdigarımız, bizimlə elə rəftar et ki, keçmişlərimizlə rəftar etmisən; ağır təklifləri bizim çiyinlərimizə qoyma.

Ey bizim Pərvərdigarımız, o şeyi ki, bacarmaqda qüdrət və qüvvəmiz yoxdur, o işi bizə həvalə etmə. Öz lütfünü bizdən əsirgəmə və bizi bağışla, çünki sən bizim mövlamızsan.

2. Pərvərdigara, mənim ürəyimi geniş elə işlərimi asan et. Mənim dilimə lətafət və düzgünlük ver ki, danışığmı dərk etsinlər.

3. Ey Pərvərdigarımız, o gün ki, hesab çəkəcəksən, məni valideynlərimi və mö'minləri bağışla.

4. Pərvərdigara, bizə rəhbərlik əta edəndən sonra qəlbimizi batilə tərəf döndərmə, öz tərəfindən bizə rəhmət əta elə, çünki sən bağışlamağı sevənsən.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex