Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

İnsanları təhqir etmək

İnsanları təhqir etmək
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
İnsanları təhqir etmək


Ey əziz qardaş, Allah bəndəılərindən heç kəsi təhqir etmə və heç kəsə tənə vurma!

Rəsulullah (s) buyurub:
Hicab arxasında mənə vəhy nazil oldu: Ey Muhəmməd, kim mənim vəlimlə ədavət etsə, Mənimlə ədavət edər. Kim mənimlə ədavət etsə, Məndə onunla ədavət edərəm" ("Səfinətul-Bihar" c.2, "Muharabətul-əvliya" bölməsi)
Deməli möminin vəzifəsi bütün insanlara hörmət etmək və onları əzizləməkdir. xüsusilə də elm, fəzilət, iman və təqva sahiblərini, qocaları, saqqalını İslam yolunda ağardanları və seyidləri. ("Mustədrakul-vəsail" c.12, səh.376)

Rəsulullah(s) buyurub:
"Kim mömin və mömin qadını fəqir olduğuna görə alçatsa və ya təhqir etsə, Allah onu Qiyamət günü rüsvay edər" ("Biharul-Ənvar" c.72, səh.44)

İmam Sadiq (ə) nəql edilən rəvayətdə buyurub:
"Kim miskini alçaltsa, Allah onu bu əməlindən əl çəkənə qədər alçaldar" ("Biharul-Ənvar" c.72, səh.52)

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex