Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Nə qədər yatarlar?

Nə qədər yatarlar?
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Nə qədər yatarlar?

Bir vaxtlar iki qardaş var idi. Böyük qardaş kəndin ağası idi. O qədər varlı idi ki, hamı onun var-dövlətindən danışırdı. Kiçik qardaş isə böyük qardaşın yanında bir qarın çörəyə işləyirdi. Bir gün kiçik qardaş ağacın altında oturur. Çox yorulduğu üçün onu yuxu tutur.Çox keçməmiş böyük qardaş gəlir. Ayağı ilə kiçik qardaşı vurub: «Qalx, iş vaxtı yatmaq olmaz. Unutma ki, işləməyən dişləməz», — deyir. Kiçik qardaş alakal oyanıb gözlərini ovuşdurur və: «Qardaş, məni niyə oyatdın? Çox gözəl yuxu görürdüm. Yuxuda böyük torpaqlarım, sürüylə atım, mal-qaram, ucu-bucağı görünməyən otaqlarım, var-dövlətim varidi. O qədər gözəl bir yuxu idi ki… Kaş ki, məni oyatmayaydın» — deyir. Böyük qardaş istehza ilə kiçik qardaşa baxır və: «Sən bu saydıqlarını yuxuda görürsən ancaq bütün bunlar indi məndə var» deyə cavab verir. Kiçik qardaş bir az fikrə gedir, sonra böyük qardaşa üz tutub deyir: «Qardaş, əslində biz ikimizdə yuxu görürük. Sadəcə olaraq, fərq ondadır ki, mənim yuxum mən gözlərimi açanda qurtarır, sənin yuxun isə sən gözlərini yumanda qurtaracaq.
Bəşir Badkubei.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex