Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Üzməyin faydaları

Üzməyin faydaları
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Üzməyin faydaları

Üzmək nə üçün faydalıdır?
Aparılan araşdırmalar nəticəsində bəlli olmuşdur ki, nizamlı üzmənin ürək-damar sisteminә çox əhəmiyyətli təsirləri vardır. Belə ki, daimi üzmə məşqləri edən kəslərdə ürək xəstəliklərinə daha az rast gəlinir və bu fərdlərin infarkt keçirmə ehtimalları minimuma enir. Bundan əlavə, ürək və beyin damarlarının tıxanmasına gətirib çıxaran bir sıra maddələrin azalmasına da kömək edir.
Ardıcıl edilən üzmə məşqləri həm əzələləri gücləndirir, həm də bədən koordinasiyasının inkişafında çox əhəmiyyətli rol oynayır.
Suda edilən idman müddətində oynaqlar və bağlar hər hansı bir digər idmanla müqayisədə daha az çətinlik çəkir. Bu səbəblə də, suda edilən məşqlər zamanı əzilmə və yaralanma halları qurudakına nisbətdə 90% daha azdır.
Üzmənin sinir sisteminə və insan psixologiyasına olan faydaları isə sayılmaqla bitməz. Suya girdiyimizdə hiss etdiyimiz rahatlıq duyğusu məşq sonrasında ifraz olunan endorfin hormonu ilə birləşəndə insan özünü olduqca xoşbəxt hiss edir. Xüsusən də, uşaqların inkişaf dövründən başlayaraq üzməsi gələcək həyatlarının daha sağlam olmasına şərait yaradır. Bu səbəbdən də, sağlam həyat tәrzi sürmənin açarlarından biri də üzməkdir.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex