Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Yalan

Yalan
+1
  • 14 avqust 2016
  • Bölmə: Hədislər
  • Baxış: 4 545
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Yalan

Yalan sahibini zəlil edən, üzünün suyunu tökən, etibarını itirən, xəcalət verən, dünya və axirətdə üzü qaraldan xəbis sifətdir.
Bu sifətin xəbis olduğu haqda çolu sayda ayə nazil olmuş və rəvayətlər nəql olunmuşdur.
Rəsulullahdan (s) nəql edilən rəvayətdə buyurulur:
"Əgər mömin heç bir üzr olmadan yalan danışarsa, 70 min mələk ona lənət oxuyar, qəlbindən üfunətli qoxu gələr, Allahın dərgahına yetişdikdə isə oradakı mələklər də ona lənət oxuyar. Sonda isə Allah ona danışdığı yalana görə 70 zinanın günahını yazar. Bu günahlardan ən yüngülü anası ilə zina edənin günahıdır". ("Biharul-ənvar" c.72, səh. 363, hədis:48, "Mustaədrakul-vəsail" 120-ci baba, hədis 15, "Camius-səadət" c.2, səh. 322)
Həmçinin, Rəsulullahdan (s) digər bir rəvayətdə buyurub:
"Yalan, imana ziddir, yalançının rəyi qəbul olunmaz" ("Mustərrakul-vəsail" 120-ci baba, 24-cü hədis)
Əmirəl-möminindən (ə) nəql edilən rəvayətdə buyurulur:
"Mən xanım Fatimə (ə) ilə evlənəndə Rəsulullah (s) mənə buyurdur: Heç zaman yalan danışma. Çünki yalan üzü qaraldar. Həmiçə sözündə düzgün ol. Çünki doğru olmaq mübarək, yalan isə alçaqlıqdır" ("Mustədrəkul-vəsail" 120-ci bab, 22-cü hədis)
İmam Baqir (ə) nəql edilən rəvayətdə buyurur:
"Allah şər əməllər üçün qıfıllar qərar verib. Həmin qıfıllardan biri şərabdır. Yalan isə şərabdan da pisdir" ("Usulul-kafi" c.2, səh.338, 3-cü hədis, "Camius-səadat" c.2, səh.323)
Rəsulullahdan (s) nəql edilən rəvayətdə buyurur:
"Sələmlərin ən pisi yalandır" ("Dəavat" Ravəndi, səh.118)
Əmirəl-möminindən (ə) nəql edilən rəvayətdə buyurulur:
"Yalana adət etmək fəqirlik gətirər" ("Xisal" Səduq, c.2, səh.505)
İmam sadiqdən (ə) nəql edilən rəvayətdə buyurur:
"Yalançıya mürüvvət olmaz" ("Biharul-Ənvar" c. 69, səh.261, 35-ci hədis)
Rəsulullah (s) bir rəvayətdə buyurub:
"Sanki bir nəfər gəlib mənə deyir: Qalx ayağa! Mən də qalxıram. Məndən başqa iki nəfər daha vardır. Bunlardan biri ayaq üstə, digəri isə oturmuşdur. Ayaq üstə dayananın əlinin içində əridilmiş dəmir olan bir fincan vardır. O əlindəki içində olan əridilmiş dəmri oturan şəxsin ağzının bir tərəfinnə tökdü. Əridilmiş dəmir onun hülqumuna qədər axdı. Daha sonra əridilmiş dəmri ağzının digər tərəfinə süzdü. Beləliklə, hər dəfə isti dəmri ağzının bir tərəfinə süzdükdə artıq o biri tərəfi əvvəlki vəziyyətinə qayıdırdı. Mən məni ayağa qaldırandan soruşdum: Bu nədir belə? O isə cavabında dedi: Bu yalançıdır. Qiyamət gününə qədər qəbirdə belə əzab çəkəcək" ("Camius-səadat" c.2, səh.96)
Yalanın fəsadlarının sayi-hesabı yoxdur.
Bu xəbis sifətlərdən qurtulmaq üçün yalanı və yalançını pisləyən Quran ayələrinə və hədislərə müraciət etmək, bu haqda dərindən düşünmək, yalanın insanı əbədi həlaka aparacağını anlamaq, biabırçılığı, zəlilliyi və insanların gözündən düşməyi göpz önünə gətirmək lazımdır. (Rəsulullah (s) buyurub: "Yalandan çəkinin. Çünki yalan insanı bəlalara, bəlalar isə oda sürükləyər" )
İmam Sadiq (ə) bir rəvayətdə buyurub:
"Allah yalançıları cəzalandırmaq üçün onlara unutqanlıq bəxş edib" ("Usulul-kafi" c.2, səh.341, hədis 15)
Yalançının yaddaşı olmaz deyiblər. Bu misal təcrübə yolu ilə də isbat olunmuşdur. Həmçinin, yalan qılınc zərbəsi kimidir, yaralayar və izi qalar demişlər. Bu hadisə Həzrət Yusifin (ə) qardaşları arasında baş vermişdir. Belə ki, onlar atalarına yalan söyləmiş, ata isə onlara inanmayaraq buyurmuşdur:

قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنْفُسُكُمْ أَمْرًا ۖ فَصَبْرٌ جَمِيلٌ

"(Yaqub) dedi:Əksinə,(siz də günahkarsınız) nəfsiniz işi sizin üçün nahaq olaraq civələndirmişdir. Odur ki, gözəl səbr etməyim lazımdır" ("Yusuf" surəsi, ayə 18)
İmam Həsən Əsgəridən (ə) nəql edilən rəvayətdə buyurulur:
"Xəbis sifətlər bir evdə toplanarsa, bunların açarı yalan danışmaq olar" ("Durratul-bahira" səh.43)
Bil ki, yalanın əksi doğruluqdur. Doğruluq ən görəl və ən şərəfli sifətlərdən olması ilə yanaşı, həm də fəzilətli əxlaqi dəyərlərdən biridir. Belə ki, Allah-Təala Qurani-Kərimdə buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَكُونُوا مَعَ الصَّادِقِينَ

"Ey iman gətirənlər! Allahdan qorxun və doğruçularla birlikdə olun". ("Tövbə" surəsi, ayə 119)
İmam Sadiqdən (ə) nəql edilən rəvayətdə buyrulur:
"Namaz və orucunuzla qürurlanmayın! Ola bilsin ki, sizlərdən biri namaz və oruca bağlı olar, bunları tərk etdikdə isə qorxar. Lakin mən sizi düzgün danışmaq və əmanəti əda etməklə yoxlayıram" ("Usulul-kafi" c.2, səh.85, 2-ci hədis)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.