Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Həzrəti Əli (ə) kəlamları

Həzrəti Əli (ə) kəlamları
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Həzrəti Əli (ə) kəlamları


Bismillahir Rəhmanir Rəhim

*** "Yaxşılıqların ən yaxşısı bizimlə (Əhli – beyt ilə) dostluq, günahların ən pisi isə bizimlə düşmənçilikdir.”

*** "Çoxlarının namazı əziyyət və yorğunluqdan başqa bir şey deyildir.”

*** "Yediklərin aradan gedər, yedirtdiklərin isə qalar.”

*** "Kərim insanlar camaata yemək verməkdən ləzzət alır. Paxıl insanlar isə yeməkdən ləzzət alır.”

*** "Əməlində səhlənkarlıq edən qəm – qüssəyə düçar olar.”

*** "Əgər bir gün dünyaya aid dərdin olarsa Rəbbinə dönüb "Rəbbbim, çox böyük dərdim var” demə, dərdinə dönüb "çox böyük Rəbbim var” de.”

*** "O kəsə təəccüb edirəm ki, özündən yuxarıdakının mərhəmətinə ümidvar olduğu halda, ondan asılı olanları ümidsiz qaytarır.”

*** "Xoş o kəsin halına ki, Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub, günah və xətasına isə ağlayır.”

*** "Valideyn üçün dua etməmək ruzini azaldır.”

*** "Ən axmaq insan özünü hamıdan ağıllı biləndir.”

*** "Axmağın müqabilində susmaq, ona cavab verməkdən yaxşıdır.”

*** "Xalqın sənin üçün dedikləri hər bir şeyi rədd etməyə çalışma. Axmaqlığı göstərməkçün elə bu kifayətdir.”
Sosial şəbəkədən giriş:
vk fb mail google yandex