Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Muzaf su ilə dəstəmaz almaq olarmı? Muzaf su nədir?

Muzaf su ilə dəstəmaz almaq olarmı? Muzaf su nədir?
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Muzaf su ilə dəstəmaz almaq olarmı? Muzaf su nədir?

Məsələ 132:
Muzaf suyla, yaxud nəcis suyla, yaxud dəstəmaz üzvündə maneə olan halda dəstəmaz alınarsa, bu dəstəmazın batil olmasında heç bir fərq yoxdur, istər dəstəmaz alan bunları bildiyi halda alsın, istər qəsdən alsın, istər bilməyərəkdən alsın.
Amma su qəsbi olduğu halda alınan dəstəmaza gəlincə, bu dəstəmazın batil olması bilərəkdən və qəsdən alınan surətə məxsusdur. Məsələn; bir şəxs bilməyərəkdən və ya unudaraq qəsbi suyla dəstəmaz alarsa və dəstəmazı qurtardıqdan sonra məlum olarsa, suyu özü qəsb etməmişdirsə bu halda aldığı dəstəmaz səhih olar. Amma suyu özü qəsb etmişdirsə, ehtiyyat-vacibə əsasən hətta unudaraq aldığı dəstəmaz da batil olar.

Muzaf qarışıq olan suya deyilir. Məsələn gül suyu, qarpız suyu və s.

Muzaf suyun hökmləri:

Muzaf su nəcis olan bir şeyi pak etmir (pak edicilərdən sayılmır) .

Muzaf su nəcis ilə əlaqədə nəcis olur, hərçənd ki, nəcis az miqdarda olarsa və iy, rəng və dadı dəyişməzsə belə.

Muzaf su ilə alınan dəstəmaz və qüsl batildir.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex