Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Duanın qəbul olunması şərtləri

Duanın qəbul olunması şərtləri
Yaddaşda saxla
  • 10 avqust 2016
  • Bölmə: Hədislər
  • Baxış: 2 282
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Duanın qəbul olunması şərtləri


1. Duanın şərtlərindən birincisi odur ki, Allaha həmdü səna edəsən, sonra Peyğəmbər və onun Əhli-beytinə salavat deyəsən.

2. Bütün günahlarını nəzərə alıb Allahdan bağışlanmağını istəyəsən.

3. Ümidini bütün bəndələrdən kəsib, yalnız tək və qadir olan Allaha ümid bağlayasan.

4. Təkcə dil və ürək yox, insanın bütün ə'zaları dua halında ola.

5. Duanın müstəcəb olmağına qətiyyən şübhə olmaya.

6. Allahın hökmlərini yerinə yetirməyə əzm eləyə.

7. Allahın dərgahında yaxın olan müqəddəs şəxslərə ( Peyğəmbərə və İmamlara ) and verə.

8. Bir də ki, duanın müstəcəb olmağında müqəddəs zamanların ( Qədr gecəsi, azan vaxtı, iftar vaxtı, cümə gecəsi, ərəfə günü ) mühüm rolu var.

9. Ümumilikdə ( bir neçə nəfərlə birgə ) edilən duanın tə'siri daha güclüdür.

10. Əlləri yuxarı qaldırıb bərkdən dua etmək lazımdır.

11. Dua halında ağlamaq gərəkdir.

12. Dua edən şəxsin yeməyi və geyimi halal olmalıdır

Kitabın adı: Allaha Pənah, Allaha Təvəkkül
Müəllif: Hacı Xavər xanım.
Kitabın buraxılma ili : 2005

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex