İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

“Aşura mərasimi dini biznesdir” – Elşad Miri

“Aşura günündə insanların bədənlərinə xəsarət yetirərək qan çıxarması və azyaşlı uşaqların dini geyimdə ifrat əzadarlıq mərasimlərində iştirakı hallarına rast gəlinir. İslam dinində bunlar yoxdur”.
Bunu bizimyol.info-ya açıqlamasında ilahiyyatçı Elşad Miri bildirib.

E.Mirinin sözlərinə görə, Aşura günü mərasimi dini biznesdi: “Ona görə də bu mərasimin keçirilməsinə niyə şərait yaradılmasın? Aşura mərasimi dini biznesdir. Nə Quranda, nə də Məhəmməd peyğəmbərin dövründə bu anlayışlar yoxdur. Bu mərasimi İslamla əlaqələndirib necə insanlarla təqdim etmək olar?”

E.Miri vurğulayıb ki, dinlə bağlı qurumların olmasına ehtiyac yoxdur: “Nə Qafqaz Müsəlmanları İdarəsinə, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ehtiyac yoxdur. Bu qurumların cəmiyyətə xeyri və ziyanı ilə bağlı araşdırma aparmaq lazımdır”.

İslam.az-ın şərhi: Şübhəsiz ki, Elşad Mirinin söylədiklərində həqiqətlər var. Amma bu, yeni bir şey deyil. Məsələn, əsrlərdir ki, Aşura mərasimlərində baş yarmağın, qan çıxarmağın haram olduğu deyilir, bu barədə müctəhidlər fətva verirlər. Amma yenə də bu xoşagəlməz hallar müşahidə edilir.

Digər məsələ Aşuranın biznesə çevrilməsidir. Bu, əlbəttə ki, kütləvi hal almayıb. Amma hər halda, rast gəlinir. Nəzir qutularına atılan pulların hara xərclənməsi, Məhərrəm ayında bəzi məddahların toyxana manıslarından fərqlənməyən hərəkətlər nümayiş etdirməsi Elşad Miri kimilərinə gözəl fürsətdir. Ümumiyyətlə, harada biznes yoxdur ki indi? Bəlkə Həcc mərasimi artıq biznesə çevrilməyib? Ya Elşad Mirinin öz kitablarını satdırması biznes deyil?

O ki qaldı QMİ və DQİDK-ya... Biz onların vəkili deyilik və yəqin ki, lazım bilsələr, bu qurumlar da məsələyə münasibət bildirərlər. Amma u qeyd edək ki, hələ Peyğəmbər zamanında (s) və dərhal sonra dini məsələlərə məsul olan şəxslər və qurumlar olub. Ən azından qazi institutunu xatırlatmaq olar.

Aşuranın və Məhərrəmlik ənənələrinin Quranda və ya Peyğəmbər zamanında olmasını da heç kim iddia etmir. Bütün bunlar imam Hüseynin (ə) şəhadətindən sonra meydana gəlib. Amma “Quranda yoxdur!” deyib hər şeyi inkar etmək də olmaz. Eləyə qalsa Quranda nə xəlifələr, nə müasir fiqhlər, nə də səhabə adları var. Ancaq Qurana istinad etmək istəsək bir çox suallara cavab tapmarıq. Məsələn, bir neçə gün əvvəl qeyd etdiyimiz Qurban bayramının günü məchul qala bilərdi.

Yekunda isə hər əlamətdar gün ərəfəsində bu tipli açıqlamalar verməklə gündəmə gəlmək arzusuna bir diaqnoz qoymaq mümkündür: populistlik! Vəssalam.

kimlərsə gündəmə gəlmək istəyəndə Şiələrin müqəddəs günlərinə it kimi hürür ki gündəmdə olsun

Oxşar xəbərlər
Bu hadisənin dinlə heç bir əlaqəsi yoxdur – Hacı Şahin Həsənli
Bir qədər əvvəl Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizlik Xidməti (DTX) Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücumla bağlı birgə məlumat yaydı. Məlumatda qeyd olunurdu ki, Rusiya vətəndaşı olan

Aşura günü oruc tutmaq müstəhəbdir yoxsa məkruhdur?
Bu barədə sünni və şiə məzhəbləri arasında fikir ayrılığı vardır. Əhli-sünnə məzhəbinə görə, aşura günündə oruc tutmaq sünnətdir. Özü də bu zaman yalnız aşura günü deyil, ya mühərrəm ayının 9-u və 10-u, ya 10-u və 11-i, ya da ardıcıl olaraq 9-u,

Novruz keçirmək olarmı?
Sual: Salam. Novruz bayramı haqqında rəyiniz nədir? Bu günü bayram kimi qeyd edə bilərikmi? Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bəli olar, qohum-əqrəbaya baş çəkmək kimi gözəl işləri olduğu üçün bəyəniləndir.Amma bu şərtlə ki, içində olan

Məhərrəmlikdə sinə və zəncir vurmaq barədə
Bunu da əsas gətirirlər ki, Quranda bədənə əziyyət vermək haram bir iş sayılır. Quranda buyurulan bədənə əziyyət dedikdə, burada boş-boşuna, məqsədsiz əziyyət etmək nəzərdə tutulur. Yəni məqsədsiz şəkildə, boş-boşuna hər hansı şeylə bədənə xəsarət

Kəbin kəsdirmək üçün uğurlu və uğursuz sayılan günlər varmı?
Hər şeydən əvvəl bunu qeyd edək ki, dinimiz bu kimi məsələlərdə çox dərinə getməməyi, baş verən hadisələri əlamətlərə görə dəyərləndirməməyi tövsiyə edir. Kəbinin uğurlu ya uğursuz olması onun hansı gündə, hansı bürc altında kəsilməsindən asılı



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 1
    Qonaqlar: 1

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---