İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Arzular gecəsi

Bu il Rəğaib gecəsi cümə axşamı günü 30 Mart. şam azanından(gün batdıqdan)sonra daxil olur.

Həzrət Məhəmməd(s) buyurur:

"Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə "arzular gecəsi" deyərlər"

Allah-təala bu gecədə möminlərə rəğbət (lütfkarlıqlar) edər. Bu gecəyə hörmət edənləri əfv edər. Rəğaib gecəsi edilən dua qəbul olar, namaz, oruc, sədəqə kimi ibadətlərə saysız savablar verilir.

Həzrət Peyğəmbərdən (s) nəql olunur:

"Rəcəb ayının ilk cümə gecəsini unutmayın. Mələklər bu gecəni "Leylətül-Rəğaib" deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır, bütün mələklər Kəbə ətrafına toplanır."

Bu gecənin özünə məxsus əməlləri və namazı vardır.İlin ən mötəbər və müqəddəs günlərindən biri hesab olunur.

Əziz İslam Peyğəmbəri (s) buyurmuşdur:

"And olsun canım əlində olan ALLAHA hər kim bu namazı qilsa ALLAH həmin çəxsin günahlarını bağışlayar.Hətta günahları dəryalar qədər,səhradakı qum zərrəciklərinin sayı qədər,ağaclarının yarpaqlarının sayı qədər,dağların ağırlığı qədər çox olsa belə günahları bağışlanar.Qiyamət günü ALLAH həmin şəxsə 70 nəfərə şəfaət etməyə izn verər.Bu namaz birinci qəbr gecəsində mələk surətində insanın yanında olar və köməyinə gələr"

Bu namazın qılınma şərtlərindən biri orucdur

Rəcəb ayının ilk cümə axşamı günü (həftənin 4-cü günü - bu il Mart ayn 30-u) oruc tutulur.

Cümə gecəsi daxil olduqdan sonra Şam və İşa namazları arasında on iki rükət (altı iki rükətli namaz) namaz qılınır.

Hər rükətdə 1 dəfə "Həmd", 3 dəfə "Qədr" və 12 dəfə Ixlas ("Qul huvallahu əhəd")surələri oxunur

1. Namazdan sonra 70 dəfə:

“Allahummə salli əla Mühəmmədinin nəbiyyil-ummiyyi və əla Alih”

Tərcümə: “İlahi, Həzrət Muhəmmədə (s) və onun nəslinə öz rəhmətini göndər”

2. Sonra səcdəyə gedib 70 dəfə:

“Subbuhun quddus Rabbul-məlaikəti vər-Ruh”

Tərcümə: “İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və Ruhun rəbbisən”

3.
Sonra başını səcdədən qaldırıb 70 dəfə :

“Rabbiğfir vərhəm və təcəvəz əmmə tə’ləmu innəkə əntəl-əliyyul-ə’zəm”.

Tərcümə: “Rəbbim, məni bağışla, mənə rəhm et. Bildiyin bütün günahlarımı əfv et. Həqiqətən Sən uca və əzəmətlisən”.

4. Sonra yenidən səcdəyə gedib 70 dəfə:

“Subbuhun quddus Rabbul-məlaikəti vər-Ruh”

Tərcüməsi:İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və ruhun rəbbisən”.

Sonra hacət və istəyinizi Allahdan diləyirsiz

facebook və vatsapda paylaşaq
mövlan

Oxşar xəbərlər
Rəcəb ayı haqqında
Mübarək Rəcəb ayı - Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisidir. Bu ay - tövbə diləmə, bağışlanma istəmə, ləyaqət və şərafət əldə etmə, yalandan, qeybətdən, böhtandan, qorxaqlıqdan, yaltaqlıqdan, hər bir eybəcərlikdən müalicə olunma

Cümə gününün əməlləri və fəziləti
Bil ki, cümə gecəsi və cümə günü həftənin sair günlərindən fəzilət cəhətindən daha üstün olduğu üçün onlardan fərqlənir. 1. Qusl: "Cümə gününün qüslun alıram qürbətən iləllah" niyyəti ilə...vaxtı sübh azanından zöhr azanına, qüsl alınacaq vaxtın

Məhərrəm ayının 1i
Bismilləh. Salam ələykum əzizlər. Sabahdan yəni 3 oktyabrda Muhərrəm ayının biri daxil olur. Bu günün qısa əməlləri var ki , imkanı olanlar bunu etsin və İmam Hüseynə ə.s çoxlu təvəssül edin. Dualarda bizi də unutmayın. Rəvayətdə gəlib ki , Rəyyan

Salavat göndərmək on iki min Quranı xətm etməyə bərabərdir
Allahın Rəsulu buyurur: " Hər kim Cümə gecəsi 2 rükət namaz qılıb hər rükətdə 50 dəfə "İxlas" surəsini oxusa və ondan sonra "Allahummə səlli ələn nəbiyyil ərəbi və alih" desə Allah onun keçmiş və gələcək günahlarını bağışlayar. O, sanki on iki min

Zil Qədə ayının Tövbə Namazı
Qəməri tarixi ilə bugün Zilqədə ayının 3-dür (07.08.2016) Zil Qədə ayında bazar gününün əfzəl əməli. "Tövbə namazı" Peyğəmbərimiz (s.ə.ə.v) Zilqədə ayının bazar günlərinin birində evindən çıxır və üzünü tərəfdaşlarına çevirib buyurur: "Ey



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 1
    Qonaqlar: 1

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---