İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

"Oğlumuz vəhabi idi, ondan imtina etmişdik"

Azərbaycanda keçirilən antiterror əməliyyatı zamanı radikal islamçı məhv edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı rəsmi məlumata görə, Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik zəminində silahlı münaqişələr aparan terrorçu təşkilatın tabeliyində, yaşadığı ərazidə tərəfdaşlarından ibarət "camaatın əmiri" kimi fəaliyyət göstərərək, vətəndaşları belə silahlı münaqişələrə cəlb etməkdə, cinayətkar təşkilatın üzvlərinin gizli yığıncaqlarını və əlaqələndirilməsini təşkil etməkdə şübhəli bilinən vətəndaş 1974-cü il təvəllüdlü Rəhimov Ramiq Nazir oğlunun qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib həmin təşkilatın terrorçuluq məqsədləri və insanların oğurlanması planları barədə daxil olmuş məlumat kompleks əməliyyat-axtarış tədbirləri tətbiq olunub.

Təxirəsalınmaz əks tədbirlərin görülməsi zərurəti ilə əlaqədar R.Rəhimovun 2016-cı il noyabrın 25-də Xaçmaz rayonunun Düztahiroba kəndində tərkisilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb silahlı müqavimət göstərib.

Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə R.Rəhimov məhv edilib
Sonxeber.az azvision-a istinadən bildirir ki, radikal islamçı ilə bağlı yeni məlumatlar əldə edilib.

Yalama Bədəliyyəsinin sədri Nəbi İsgəndərov saytımıza bildirib ki, Ramiq Rəhimov vəhabi təriqətinin nümayəndəsi olub: "Ramiq bir neçə il idi ki, radikal qruplaşmaya qoşulmuşdu. O, Xaçmazın Düztahiroba kəndində gəncləri başına yığaraq, öz təriqətini təbliğ etməklə məşğul olub. Ramiqin valideynləri Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayır. Əvvəl Ramiq valideynləri ilə yaşayırdı. Sonradan saqqal saxlayıb, radikallara qoşulandan sonra ailədə söz-söhbətlər yaranmağa başladı. Valideynləri onu saqqal saxlamamağa, bu yoldan dönməyə çağırırdı. Ramiq onlarla razılaşmadı. Bundan sonra valideynləri Ramiqdən imtina etdilər. Onlar deyirlər ki, bizim elə övladımız yoxdur".

Nəbi İsgəndərovun bildirdiyinə görə, valideynləri ondan imtina edəndən sonra R,Rəhimov Xaçmaza, Düztahiroba kəndinə - baba yurduna köçüb.

"Ramiq bir dəfə ailəli olub. Vəhabiliyə başlayandan sonra ailəsi dağıldı. O, ikinci dəfə ailə həyatı quraraq Bakıya köçmüşdü. Hazırda onun xanımı hamilədir. Biz Ramiqin Suriyaya getdiyini bilmirik. Təbiətdə sakit oğlan idi".

Qeyd edək ki, terrorçuluğa, adam oğurluğuna hazırlıq və digər cinayət faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən aparılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
paylaşaq

Oxşar xəbərlər
Seyyid Rəzi Şirazinin ilginc açıqlaması
İndiyə kimi mənə ən maraqlı görünən müsahibələrdən bəlkə də birincisi olan Mirzayi-Şirazinin nəvəsi Seyyid Rəzi Şirazinin müsahibəsindən bir nüktə: *** "Tənbəki fətvası"nın müəllifi mərhum Mirzayi-Şirazinin zamanında Seyid Cəmaləddin Əsədabadi çox

İmam Hüseynin günbəzinin yanlış forması
Bir yanlış məlumat barədə açıqlama... İnternetdə onlarla, bəlkə yüzlərlə səhifədə bir şəkil paylaşılır. Demək olar ki, yalnız bircə günbəz və onun təməlində duran xırda binadan ibarət olan bu şəklin İmam Hüseyn (ə) hərəminin qədim fotosu olduğu

Fələstinlilərin canisi Şimon Peres 94 yaşında öldü
İsrail rejiminin sabiq prezidenti Şimon Peres sentyabrın 28-nə keçən gecə iki həftə əvvəl keçirdiyi insultdan 94 yaşında ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail rejimi televiziyası məlumat yayıb. Şimon

“ARİFLƏR” yoxsa “MƏSULİYYƏTSİZLƏR”
İslam bəşəriyyətə göndərilmiş ən kamil dindir. Eyni zamanda digər səmavi dinlərdə təhrif olunmuş əqidə, əxlaq qaydaları islam vasitəsilə yenidən bərpa olunmuşdur. Təhrif edilən ən mühüm məsələlərdən biri də “ariflik” dir. Islamdan öncə

Bakıda helikopter mərkəzi və təyyarəqayırma zavodu tikiləcək.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin bəyan edib. O, həmçinin bildirib ki, Rusiya keyfiyyətli silah ixracatçısı kimi İran və Azərbaycan üçün maraqlıdır. Roqozin Rusiyanın İrana



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 7
    Qonaqlar: 6

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---