İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Bu gün imam Museyi Kazimin (ə) mövlud günüdür

Bu gün imam Museyi Kazimin (ə) mövlud günüdür. Müsəlmanların 7-ci imamı Hicri qəməri tarixi ilə 128-ci ildə Səfər ayının 7-də Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə İmam Cəfər Sadiq (ə)-ın ailəsində dünyaya göz açıb. onun anası Həmidə adlı bir xanım olub. 7-ci imam 54 il ömür sürüb və bu illərdən 35-ini müsəlmanlara imamlıq edib.

İmam Museyi Kazim (ə) hicri qəməri tarixi ilə 182-ci il Rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun əmri ilə zəhərləndirilib.

İmamın həyatının son dövrü zindanlarda keçib və elə şəhadətə də zindanda yetişib.

Maraqlı məqamlardan biri onun yerləşdirildiyi məhbəslərin 3 dəfə dəyişdirilməsindən ibarətdir. Buna səbəb isə həm Bəsrə, həm də Bağdad zindanlarının rəislərinin Harun ər-Rəşidə müraciətləri olub. Yüksək əxlaqı, imanı ilə imam zindandakılara o qədər təsir göstərmişdir ki, artıq onlar Peyğəmbər (s) övladını dəmir barmaqlıqlar arxasında qalmasının nə dərəcədə böyük cinayət olmasını anlamış, bu haqsızlığa şərik olmaqdan çəkinmişlər. Elə buna görə də Bəsrədən xəlifəyə belə bir ismarıc gəldi: “Onu geri al, yoxsa azad edəcəyəm!”.

Təbii ki, Harun bu minvalla hakimiyyətinin əsaslarının sarsılmasının qaçılmaz olacağını anlayırdı. İmamın haqq səsini boğmaq, onu Allahın müəyyən etdiyi yoldan döndərmək mümkünsüz idi. Nəticədə İmam Museyi Kazim (ə) məsum əcdadları kimi şəhid edildi.

İmam Museyi Kazim (ə)-ın Azərbaycanla da bilavasitə əlaqəsi vardır. Həzrətin qız övladları – Rəhimə xanım və Həkimə xanım Abbasilərin Əhli-Beytə (ə) qarşı həyata keçirdikləri təqiblərdən və zülmlərdən xilas olmaq üçün məmləkətimizə pənah gətirmiş, həyatlarının qalan hissəsini burda yaşamışlar və bu torpaqda da dəfn edilmişlər.

Bu əlamətdar gündə bütün dünya müsəlmanlarını təbrik edirik.
islam.az

Oxşar xəbərlər
İmam Məhdi əleyhissəlamın həyatı barədə qısa məlumat
On ikinci mə’sum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz əlli beşinci ili şə’ban ayının on beşində Samirra şəhərində anadan olmuşdur. Onun adı İslam Peyğəmbərinin adından, yə’ni, MƏHƏMMƏD, künyəsi də Peyğəmbərin

İMAM SƏCCADDIN (Ə) HƏYATI BARƏDƏ QISA MƏLUMAT
İmam Əli ibn Hüseyn - İmam Səccad (ə), üçüncü İmam Hüseyn ibn Əlinin (ə) oğludur. Həzrətin anası Şəhrəbanu1 xanım idi. İmam Əli ibn Hüseynin (ə) ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (ə) hicrətin otuz səkkizinci ilində2 dünyaya

İmam Əliyyən Nəqi(ə.s)-ın mövlud günüdür
Bu gün Əhli-beyt (ə) davamçılarının onuncu İmamı - İmam Əliyyən-Nəqinin (ə) mövlud günüdür. İmam Əliyyən-Nəqi (ə) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur. Atası İmam

İmam Rza(ə.s) mövlud günüdür
Bismilləh. 14 Avqust - 11 Zilqədə. Rasulullahın (səlləllahu əleyhi və alihi və səlləm) 8-ci xəlifəsi İmam Əli ər-Rzanın (əleyhissalam) mövlud günüdür. Başda Vəliyyi əmr Kulli Muslimin İmam Məhdi ə.f olmaqla cəmi möminləri təbrik edirəm. Dualarda

12 Imamın qəbri
ON İKİ İMAM ADLARI VE QEBİRLERİ 1- ci İmam Emirelmöminin Eli (eleyhissalam) - yaşı 63. Qebri Necefde (İraq) 2- ci İmam Hesen Mücteba (e.) - yaşı 47, qebri Medinede (Beqi qebristanlığında) 3- cü İmam Hüseyn (e.) - yaşı 57, qebri Kerbelade (İraq). 4-



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 7
    Qonaqlar: 6

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---