İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Fələstinlilərin canisi Şimon Peres 94 yaşında öldü

İsrail rejiminin sabiq prezidenti Şimon Peres sentyabrın 28-nə keçən gecə iki həftə əvvəl keçirdiyi insultdan 94 yaşında ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail rejimi televiziyası məlumat yayıb.

Şimon Peresin yaxınlarının səhər saatlarında onun ölümü ilə bağlı rəsmi məlumat yayacağı bildirilir.

Xatırladaq ki, İsrail rejiminin sabiq prezidenti Şimon Peres sentyabrın 13-ü axşam saatlarında kəskin beyin qansızmazı ilə nəticələnən insult keçirib. Xəstəxanaya yerləşdirilən İsrail rejiminin doqquzuncu prezidenti medikamentoz yuxuya verilib, ağ ciyərləri havalanma aparatına qoşulub.

Qeyd edək ki, bu il ərzində Peres azı üç dəfə ürəyindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Şimon Peres prezident olduğu müddətdə fələstinlilərə qarşı qanlı cinayətlər törətmiş cinayətkar kimi tanınır. Onun prezidentliyi dövründə həyata keçirilmiş son Qəzza əməliyyatlarında çoxu uşaq olmaqla 5 minə qədər dinc fələstinli qətliam edilib.

Oxşar xəbərlər
Fərqli görünüş
Bu heykəl İspaniyanın paytaxtı Madriddəki ARCO Müasir Sənət Fuarında yer alan İspan heykəltəraş Eugenio Merino tərəfindən hazırlanıb. Heykəltəraşın "Cənnətə gedən nərdivan" adını verdiyi heykəl üst-üstə ibadət edən Müsəlman, Xristian və Müsəvidən

İraqda 160 min ailə işğaldan azad edilən ərazilərə qayıtdı
İraqda 160 min ailə İŞİD-in işğalından azad edilmiş ərazilərə geri qayıdıb. Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, məlumatı İraqın qaçqın və məcburi köçkünlər naziri Casim Muhəmməd Nazirlər Kabinetinin paytaxt Bağdadda

Bakıda helikopter mərkəzi və təyyarəqayırma zavodu tikiləcək.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin bəyan edib. O, həmçinin bildirib ki, Rusiya keyfiyyətli silah ixracatçısı kimi İran və Azərbaycan üçün maraqlıdır. Roqozin Rusiyanın İrana



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 28
    Qonaqlar: 28

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---