Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Zeytun, xurma və digərlərinin faydaları

Zeytun, xurma və digərlərinin faydaları
-1
Mətndə qrammatik səhv var?
Zeytun, xurma və digərlərinin faydaları


Zeytun, soğan, sarımsaq, xurma və digərlərin faydaları barədə hədislər.

Həzrət Peyğəmbər (s) buyurur: “Zeytun yaxşı yeməkdir. Ağzı xoş ətirli edər. Bəlğəmi aradan aparar, əsəbləri möhkəm edər. Xəstəliyi aparar və qəzəbi yatızdırar”.


Sarımsaq.

Həzrət Peyğəmbər (s) buyurur: “Sarımsaq yeyin, 70 xəstəliyə şəfa verər”.


Qarağat.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizə qarağat yeməyi tövsiyə edirəm. Çünki ödü dəf edər, bəlğəmi aradan aparar. Əsəbləri gücləndirər, yorğunluğu uzaqlaşdırar. Əxlaqı gözəl edər, ruha rahatlıq verər və qəmi aradan aparar”.



Hamilə vaxtı xurma yemək.

Həzrət Peyğəmbər (s) buyurur: “Hamilə qadına hamilə qaldığı aydan xurma yedizdirin ki, övladı səbirli və nəfsini saxlayan olsun”.



Yemiş.

Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir hamilə qadın yoxdur ki, hamilə vaxtı yemiş yesin, övladı gözəl və xoş əxlaqlı olmasın”.



Kudu.

Həzrət Peyğəmbər (s) buyurur:
“Kudu yeyin, çünki ağlı iti və beynin (fəaliyyətini) çox edər”.


Kərəviz.

Həzrət Peyğəmbər (s) İmam Hüseynə (ə) buyurur: “Övladım, kərəviz ye. Çünki kərəviz peyğəmbərlərin təvəzidir. Xızr (ə) və İlyasın (ə) yeməyidir. Kərəviz damar tutulmasını açar, qəlbə təravət verər. Hafizəni gücləndirər, dəlilik, cüzam və qorxunu uzaq edər”.



Ət.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim 40 gün ət yeməzsə, pis əxlaqlı olar. Hər kim 40 gün ət yeyərsə, qəlbi daşlaşar”.



Duz.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Yeməyini duzla başla, çünki duzda 70 dərdin şəfası vardır: dəlilik, xora, boğaz ağrısı, diş ağrısı, ürək ağrısı o cümlədən bu dərdlərdəndir”.



Əncir.

Həzrət Peyğəmbər (s) buyurur: “Ənciri təzə və qurudulmuş halda yeyin. Babasilin kökünü kəsər, gut xəstəliyi üçün faydalıdır”.



Mərci.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Sənə mərci yeməyi tövsiyə edirəm. Çünki pak və mübarəkdir. Qəlbi yumşaq və göz yaşlarını çox edər. 70 peyğəmbər (ə) davamlı olaraq ondan istifadə ediblər”.


Soğan.

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman bir şəhərə daxil olsanız, oranın soğanından yeyin. Çünki soğan yeməklə oranın ümumi xəstəliklərindən amanda olarsınız”.


Xurma.

Həzrət Peyğəmbər (s) buyurur: “Ac qarına xurma yeyin, mədə və bağırsaqda olan parazitləri öldürür”.


Alma.

Həzrət Peyğəmbər (s) buyurur: “Almanı ac qarına yeyin, çünki mədəni pakizə edər”.


Kahı.

Həzrət Peyğəmbər (s) buyurur: “Kahı yeyin, çünki kahı yuxu gətirər və yeməyi tez həzm edər”.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.