İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Kafirun surəsi


Bismillahir - rəhmanir - rəhim
Qül ya əyyü həl kafirunə. La əbü du ma təbü dunə. vəla əntüm abidunə ma əbü du. vəla ənə abidün ma əbədtüm. vəla əntüm abidunə ma əbüdü. Ləküm dinü-küm vəliyə dini.

سورة الكافرون (109) ص 603
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ {1} لَا أَعْبُدُ مَا تَعْبُدُونَ {2}
وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ {3} وَلَا أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْ {4}
وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ (5} لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ (6}


109 - cu ayə KAFİRUN
Kafirlerden danışarlar. Məkkə dövründə nazil olunmuşdur. 6 ayətdir.

Rəhman və Rahîm (olan) Allah'ın adıyla.
1) De: “Ey kafirlər!
2) Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm!
3) Siz də mənim ibadət etdiyimə ibadət etməzsiniz!
4) Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!
5) Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!
6) Sizin dininiz sizə, mənim dinim mənə!

“Kafirun” surəsinin fəziləti

1- İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün vacibi namazlarında "Qul ya əyyuhəl kafiriun" və "Qul huvəllahu əhəd" surələrini oxusa, Allah onu, ata-anasını və onların övladlarının hamısını bağışlayar. Əgər o bədbəxtlərdən olmuş olsa, onun adını onların dəftərindən pozub, xoşbəxtlərin dəftərinə yazar, bu dünyada ona səadət bəxş edib, onu şəhid kimi öldürər, və şəhid kimi məşhur edər.
2- Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə yazılıb ki, hər kəs Kafirun surəsini oxusa, Quranın dörddə birini oxumuş şəxs kimi olar, Şeytanın nökərləri ondan uzaq şirkdən pak, böyük divin qorxusundan amanda qalar.
Cümə günü sübh namazından sonra günəş çıxmazdan əvvəl Kafirun surəsini on dəfə oxu və yüz dəfə bu tərzdə salavat göndər "Əllahummə səlli əla Muhəmmədin ummi və alihi və səlləm", hər hacətin olmuş olsa, hasil olar.

Oxşar xəbərlər
Yuxudan oyanmaq
Şeyx Bəhai (r.a.) Şeyx Məhəmməd ibni Yəqub Kuleyninin (r.a.) "Kafi" kitabından nəql etmişdir ki, İmam Cəfəri Sadiq (ə.) buyurmuşdur: "Hər kəs yatan vaxtı "Kəhf" surəsinin sonuncu ayəsini oxuyarsa, niyyət etdiyi hər hansı bir saatda yuxudan oyanar."

Namazın tərcüməsi
"Allahu əkbər" Allah hər şeydən böyükdür. Həmd surəsi: "Bismillahir-rəhmanir-rəhim" Bağışlayan və mehriban Allahın adı ilə. "Əlhəmdü lillahi Rəbbil-aləmin" Həmd-sənə və tə'rif aləmlərin Rəbbi olan Allah üçündür. "Ər-rəhmanir-rəhim" Rəhm

"Ey qılınclar doğrayın məni" yanlış sözdür
Bismilləh. Bir suala cavab. İmam Hüseyn ( ə ) Ey qılınclar doğrayın məni hədisini demişdirmi? Həqiqətdə hədis kitablarında belə bir hədis mövcud deyil. Bu kəlmə böyük alimlərin də qeyd etdiyi kimi , bir şairin qələmə aldığı beytdir. Bu Beyt ilə

Namazı gündə 3 dəfə qılmaq olarmı ?
Namazin 3 vaxt qilinmasi ehli sunne menbelerinde İmam Malik özünün “Muvatta”sında (hədis 300) İbn Abbasdan (r.ə.) nəql edir ki, “Həzrət Peyğəmbər (s) qorxu və ya səfər olmadan zörh və əsr, məğrib və işa namazlarını bir yerdə qıldı”. İmam Malik

Təvəkkül
Təvəkkül – hər şeyi mütləq Malikin (yəni Allah-təalanın) öhdəsinə buraxmaqdır. Bu məqamda arif dərk edər ki, Allah ondan daha bilikli və daha qüdrətlidir.



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 1
    Qonaqlar: 1

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---