Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Quranın fəzilət və üstünlüyü.

Quranın fəzilət və üstünlüyü.
+1
  • 09 iyun 2018
  • Bölmə: Quran
  • Baxış: 2 378
  • Şərhlər: 0
  • Müəllif: imameli.az
Mətndə qrammatik səhv var?
Quranın fəzilət və üstünlüyü.


Quranın fəzilət və üstünlüyü.

Elə bir natiqdir ki, dili həqiqəti danışmaqdan yorulmaz .

Həzrət Peyğəmbər (s) buyurur: "Quranın başqa kəlamlara qarşı fəzilət və üstünlüyü, Allahın məxluqları üzərindəki fəzilət və üstünlüyü kimidir".
.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Quran hər şeydən üstündür, Allahın İlahi zatından başqa".
.

Peyğəmbərimiz (s) buyurur: "Quran - qaranlıqdan aydınlığa doğru yol göstərəndir, korluqdan sonra gözü görmək kimidir, mələklərdən pakdır, alçaqlardan üstündür və dünyadan axirətə doğru yol göstərəndir. Sizin dininizin kamalı ondadır".
.

Həzrət Rəsulallah (s) buyurur: "Quranda sizdən əvvəl və sizdən sonrakıların xəbəri vardır. O, dahidir ki, onda yersizlik yoxdur. O, elə kitabdır ki, hər kim onu tərk edər - Allah onu tərk edər. Hər kim ondan qeyrisindən hidayət istəyər - Allah onu zəlil edər. O, Allahın möhkəm kəndiridir".
.

Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən bu Quran - aşkar nur və möhkəm kəndir, etimadlı pənah, yüksək məqam, şəfa istəyənlərin şəfası, böyük fəzilət və əzəmətli səadətdir".
.

İmam Əli (ə) buyurur: "Həqiqətən də Quranın zahiri gözəl və batini isə dərindir ki, aradan getməz. Qəribəlikləri məhv olmaz. Cəhalətin qaranlıqları açılmaz, məgər Quran ilə".
.

İmam Əli (ə) buyurur: "Allahın Kitabı sizin aranızdadır. Elə bir natiqdir ki, dili həqiqəti danışmaqdan yorulmaz. Elə bir evdir ki, sütunları əbədi olaraq güclü küləklərdən amandadır. Elə bir əzizdir ki, ardıcılları və dostları heç bir zaman məğlub olmaz".
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.