İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Peyğəmbəri (s) qocaldan surə hansıdır?

"Nurus-səqəleyn"də həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur:

"Hud» surəsi məni qocaltdı"

Bu surənin ayələrindən alınan ümumi nəticə budur ki, müsəlmanlar heç vaxt düşmənin çoxluğu və hücumlarının şiddətinə görə meydandan qaçmamalıdırlar.

İbn Abbas nəql edir: "Həzrət Peyğəmbər (s) üçün heç bir ayə "Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də istiqamətlənin(doğru yolda olun)...." ("Hud"-112) ayəsi qədər çətin gəlməmişdi".

Yaxınları həzrət Peyğəmbərdən (s) saçının tez ağarmasının səbəbini soruşanda, O Həzrət (s) "Hud" surəsini səbəb göstərdi(«Məcməül-bəyan»,5-ci cild,səh.199).

Başqa bir rəvayətdə isə nəql olunur ki, «Hud» surəsinin 112-ci ayəsi nazil olanda, Həzrət (s) buyurdu: "Ətəyinizi kəmərinizə keçirin". Bu hadisədən sonra Həzrəti (s) bir daha gülən görən olmadı("Əl-mənsur").

Haqqında bəhs etdiyimiz ayədə dörd göstəriş vardır: "Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də istiqamətlənin(doğru yolda olun)Tüğyan etməyin ki, Allah sizin nə etdiklərinizi görür".("Hud"112):

Birincisi, Həzrətin(s) istiqamətlənməsi(doğru yolda olması), ikincisi, bu istiqamətin ilahi rəngdə olması, üçüncüsü, Həzrətin (s) öz ətrafındakı müsəlmanları istiqamətləndirməsi və nəhayət dördüncü göstəriş, bu mübarizədə ədalətə riayət olunmasıdır. Başqa sözlə, istiqamət, ixlas, möminlərə rəhbərlik və həddi aşmamaq.

Oxşar xəbərlər
"Ya Əli" demək şirkdirmi?
"Ya Əli" demək şirkdirmi? Ayətullah Sistanidən tutarlı cavab "Əgər təvəssül şirk olsaydı, ilahi bir peyğəmbər olan Həzrət Yaqubun (ə) onlara belə deməsi lazım idi: "Gedin, özünüz bu işi edin və məni vasitəçi qərar verərək şirk etməyin" İslam

Peyğəmbərimiz (s) Həzrət Zəhraya (s.ə) gizlində hansı xəbəri verdi?
Siddiqeyi-Kubradan (ə) öyrənməli olduğumuz dərslərdən biri də onun sirr saxlamağı bacarması idi. (Tebyan) Şeyx Səduq “Əmali” kitabında yazır ki, Peyğəmbərin (s) zövcələrindən biri demişdir: “Fatimə (s.ə) gəldi və Peyğəmbər (s) buyurdu: “Qızım xoş

Qədir-xum hadisəsi belə baş verdi:
Qədir-xum hadisəsi necə baş verdi və o gündə tarixdə nələr baş veribdir? Qədir-xum bayramı Hicri təqvmi ilə 10-c il, zi-hiccə ayının 18-ci günü, Həccətül-vidadan(sonuncu Həcc) qayıdarkən qədir-xum hadisəsi həyata keçdi. Yüz iriymi min nəfərdən

Zil Qədə ayının Tövbə Namazı
Qəməri tarixi ilə bugün Zilqədə ayının 3-dür (07.08.2016) Zil Qədə ayında bazar gününün əfzəl əməli. "Tövbə namazı" Peyğəmbərimiz (s.ə.ə.v) Zilqədə ayının bazar günlərinin birində evindən çıxır və üzünü tərəfdaşlarına çevirib buyurur: "Ey

Namazı gündə 3 dəfə qılmaq olarmı ?
Namazin 3 vaxt qilinmasi ehli sunne menbelerinde İmam Malik özünün “Muvatta”sında (hədis 300) İbn Abbasdan (r.ə.) nəql edir ki, “Həzrət Peyğəmbər (s) qorxu və ya səfər olmadan zörh və əsr, məğrib və işa namazlarını bir yerdə qıldı”. İmam Malik



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 4
    Qonaqlar: 4

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---