İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Qız qalası haqqında

XII əsrdə tanınmış memar Məsud Davud oglu tərəfindən tikilən və Bakının simvoluna çevrilən Qız qalası özündə bir çox sirləri gizlətməkdədir. O sirləri tədqiqatçılar və memarlar zaman-zaman açmağa çalışsalar da hələ də qala özündə sonsuz sayda sirr saxlayır.
Tədqiqatçı-yazıçı Paşa Yaqub da öz növbəsində bu sirlərdən bir neçəsinə aydınlıq gətirir.

- Qalada diqqət çəkən məqamlardan biri gövdə hissəsində 32 diş, çıxıntı (qol) hissəsində isə, 23 diş olmasıdır. Bu faktı Quran prizmasından işıqlandırsaq:

3 - "Möminlər" surəsinin;
32 - "Səcdə" surəsinin sıra nömrələridir. Elə isə:
23 + 32 = 55


Bildiyimiz kimi, 55 ədədi "Rəhimli Allah" surəsinin sıra nömrəsi olmaqla, Allaha işarədir.

32 - 23 = 9

Bildiyimiz kimi, 9 rəqəmi "Tövbə" surəsinin nömrəsi olmaqla, Quranda tövbə rəmzi sayılır.
Qeyd edim ki, qala özü də "9" formasında olmaqla, "Tövbə" surəsinin simvoludur.
Bütün bunları nəzərə alsaq görərik ki, Qız qalasının bizlərə ötürdüyü kodlaşdırılmış mesaj belədir:
"Möminlər tövbə edərək yalnız Allah qarşısında səcdə etməlidirlər".
Onu da qeyd edim ki, Dünyadakı 11 iqlimdən doqquzu (!) Azərbaycandadır.

Maraqlıdır ki, qalanı tədqiq edən bütün tədqiqatçılar orada keçən ölçülərin hamısının 555 ədədinə bağlandığını təsdiq edirlər. Məsələn:
159+951 = 1110
258+852 = 1110
357+753 = 1110
456+654 = 1110
1110 ədədi isə, 555 ədədinin iki mislidir.


Qalanın tikilişində diqqət çəkən digər məqam onun kərpic qatlarının 555 sıra olmasıdır.
Ona görə də tədqiqatçılar 555 ədədini Qız qalasının kodu hesab edirlər.
Maraqlıdır ki, 555 ədədi həm də Quranın özəyini təşkil edir. Belə ki, Quranın 114 surədən ibarət olmasının sirri də məhz 555 ədədinə bağlanır!
Bunu aşağıdakı düsturdan görəcəksiniz:
Kainatın 4 cəhətdən;
Təbiətin 4 fəsildən ibarət olmasını;
İnsanın 4 ünsürdən (torpaq, su, hava, ruh) yaranmasını;
Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək:
7 + 286 + 200 + 176 = 669

Həmçinin, bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi Quranda bəşəri dəyərlər rəmzi sayılır.
Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə 9 rəqəmi (Qeyd edim ki, 9 TÖVBƏ surəsinin sıra nömrəsidir.) ilə gəlir (9, 19, 29, 39, ......109) və sayı 11 olan bu surələrdəki ayələri cəmləsək, 555 (!) ədədi alınar.
Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi Quranda sərtlik, cəza rəmzi sayılır.
Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq:

669 – 555 = 114

Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi Quranın surələrinin sayı olan 114 ədədini göstərir.
Düsturdan o da məlum olur ki, Quran mülayimliklə, sərtliyin vəhdətindən (əksliklərin vəhdəti və mübarizəsi) ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur:
"Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!"
Ağıl sahiblərinin diqqətinə çatdırım ki, Quranın mahiyyətini açan və Allahın iradəsi, qərarı ilə düzüldüyünü təsdiq edən bu düstur əslində insan beyninin məhsulu deyildir. Düsturdakı ədədləri necə tapmağım barədə çox suallar verirlər.
Nəzərinizə çatdırım ki, bu düstur Həzrət Cəbrail əleyhissəlam tərəfindən Neftçala rayonunun Qaraimanlı kəndində yaşayan mərifət sahibi Hacı Xalid Saday oğluna vəhy yolu ilə nazil olub, və ona bildirilib ki, sabah Paşa Yaqub adında bir nəfər sizə qonaq gələcək, bu düsturu ona verib, insanlara çatdırılmasını tapşırarsan.
...Və mən səhər onlara qonaq getdim (birinci dəfəydi gedirdim). Bu düsturlardakı rəqəmlər mənə çatanda mürəkkəb və izahsız formada idi. Özüm başa düşsəm də, başqalarına çatdırmaq üçün onların anlaya biləcəyi dildə sadə izah olunmalıydı...
Oxucuların nəzərinə bir məqamı da çatdırım ki, Quranın mahiyyətini açan bu düstur, həm də kainatın idarəolunması düsturudur. Yəni, kainatda baş verən bütün hadisələr üzərindəki sirr pərdəsini məhz bu düsturla qaldırmaq olur.
Odur ki, bu düstur ladun elminin fundamenti sayılır.

"Biz hər şeyi sayıb yazmışıq" Quran, 78: 29.

Həm Quran üzərindəki hesablamalarımız, həm də sirli, möcüzəli Qız qalasında apardığımız araşdırmalar göstərir ki, yaxın zamanda Azərbaycanda yaşayan əhali tövbə edib günahlardan çəkinməklə, bəşəriyyətə nümunə olacaqlar İnşallah.
Qeyd: yazının hazırlanmasında göstərdiyi köməkliyə görə tədqiqatçı Qalib Quliyevə təşəkkürümü bildirirəm.
Saytdan götürülüb.
Paylaşaq hamı məlumatlansın

Oxşar xəbərlər
"Ya Əli" demək şirkdirmi?
"Ya Əli" demək şirkdirmi? Ayətullah Sistanidən tutarlı cavab "Əgər təvəssül şirk olsaydı, ilahi bir peyğəmbər olan Həzrət Yaqubun (ə) onlara belə deməsi lazım idi: "Gedin, özünüz bu işi edin və məni vasitəçi qərar verərək şirk etməyin" İslam

Neftin əmələ gəlməsi
Ən uca Rəbbinin adına təriflər de! O Rəbbin ki, xəlq etdi və nizama saldı. O Rəbbin ki, əzəldən müəyyən etdi və yol göstərdi. O (Rəbbin) ki, otlağı cücərdib, sonra da onu qara çör-çöpə döndərdi. (Əla surəsi, 1-5) Məlum olduğu kimi, neft

Quran möcüzələri
Allah 14 əsr əvvəl insanlara yolgöstərici kitab olan Qurani-kərimi nazil etmiş və bütün bəşəriyyəti Qurana tabe olaraq xilas olmağa dəvət etmişdir. Ayədə də bildirildiyi kimi, Quran “aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir”. (Qaləm

Qiyamətin vaxtı - hesablamalara görə
Moderator.az saytında yayımlanan “Qiyamət günü baş verəcək dəhşətli hadisələr” məqaləsi cəmiyyətdə geniş rezonans doğurub. Dünyada baş verən qeyri-adi hadisələri elmi-lədun hesablamalarla araşdıran yazıçı Paşa Yaqub məqaləyə münasibət bildirib.

Təvəkkül
Təvəkkül – hər şeyi mütləq Malikin (yəni Allah-təalanın) öhdəsinə buraxmaqdır. Bu məqamda arif dərk edər ki, Allah ondan daha bilikli və daha qüdrətlidir.



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 1
    Qonaqlar: 1

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---