Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Qiyamət günü Quranda

Qiyamət günü Quranda
+1
  • 20 sentyabr 2016
  • Bölmə: Quran
  • Baxış: 7 003
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?


Quranda bildirildiyi kimi, "O saat (qiyamət saatı) mütləq gələcəkdir…" (Taha surəsi, 15) və o gün gəldikdə dünyadakı bütün canlılarla birlikdə ulduzlar, planetlər, qalaktikalar, qısaca desək, göylərdə və yerdə nə varsa, hamısı məhv olacaq. Quranda qiyamət günü baş verəcək hadisələr belə bildirilir:

Göy yarılacaq və həmin gün o, süst olacaqdır. (Haqqə surəsi, 16)

Ulduzlar səpələnəcəyi zaman; (Təkvir surəsi, 2)

Günəşlə ay birləşəcəyi zaman – (Qiyamət surəsi, 9)

Dənizlər od tutub yanacağı zaman; (Təkvir surəsi, 6)

O gün yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar yumşaq qum təpəsinə dönəcəkdir (Müzzəmmil surəsi, 14)

Dağlar isə didilmiş yun kimi olacaqdır! (Qarisə surəsi, 5)

Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq, (Fəcr surəsi, 21)

Yer öz yükünü çıxardıb atacağı zaman; (Zəlzələ surəsi, 2)

Bunlar qiyamət günü baş verəcək dəhşətli hadisələrin bəzisidir. Həmin gün insanın dünyada dəyər verdiyi hər şey məhv olacaq, hamı Allah`ın rizası üçün edilən saleh əməllərdən başqa heç nəyin qiymətinin olmadığını anlayacaq.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.