İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Cəhənnəm haqqında

Cəhənnəm dərəcə-dərəcədirmi?


Cəhənnəmdə hər kəs etdiklərinin qarşılığını tamamilə alacaqdır. Əlbəttə, inkar dərəcəsinə, Allah`ın dininə və möminlərə qarşı apardıqları mübarizəyə, dünyada etdikləri zülmün şiddətinə əsasən, insanlar arasında dərəcə fərqləri olacaq. Məsələn, Möminlərin ən böyük düşmənlərindən olan və əleyhlərində gizli fəaliyyət göstərən münafiqlərin cəhənnəmin ən alt təbəqəsində olacağı (Nisa surəsi, 145) Quranda bildirilmişdir. Bunun kimi hər inkar edənin mütləq cəhənnəmə girəcəyi və Allah`ın ədaləti ilə əməllərinin tam qarşılığını alacağı Quranda bu ayələrdə xəbər verilir:

Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət ümmətlərlə birlikdə haqlarında əzab sözünün gerçəkləşdiyi kimsələrdir. Onlar, doğrudan da, ziyana uğrayanlardır! Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, Allah onlara əməllərinin əvəzini versin. Onlara əsla haqsızlıq edilməz. (Əhqaf surəsi, 18-19)

Bununla yanaşı, bəzi insanların düşündüyünün əksinə, insanlar günahlarının cəzasını bir müddət çəkdikdən sonra bağışlanaraq cəhənnəmdən çıxa bilməyəcəklər. Cəhənnəmə girən hər inkarçı əbədi olaraq orada qalacaq. (Bəqərə surəsi, 80-81)

Oxşar xəbərlər
Kimlər cəhənnəmə girəcək?
Quranda bir çox ayədə cəhənnəmə girəcək insanların xüsusiyyətlərindən bəhs edilir. Bu xüsusiyyətlərdən bir qismini belə sadalamaq olar: Allah`ı inkar edən, Allah`dan başqasını ilahlaşdıran, Allah`a şərik qoşan, özünü ilahlaşdıran, Ondan

Dünya həyatına qane olanlar
Bəzi insanlar dünyanın müvəqqəti və nöqsanlı yer olduğunu unudaraq ona hərisliklə bağlanırlar. Allah bu insanlardan Quranda belə bəhs edir: Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq

Quranda cəhənnəm əzabları
Allah Quranda inkar edənlərin cəhənnəmdə ikən oda atılacaqlarını, oddan və qatrandan paltarlar geyinəcəklərini bildirmişdir (Həcc surəsi, 19). Ancaq insanın cəhənnəmdə çəkəcəyi əzab oddan ibarət deyil. Cəhənnəmdə: • Dəmir toppuzlar var. (Həcc

Möminlərin təvazökarlığı
Təvazökarlıq Quranda mühüm mömin xüsusiyyəti kimi bildirilir. Allah ayələrində möminlərə təvazökar olmağı əmr edir. Allah`ın lovğa və azğınları sevmədiyi ayələrdə xəbər verilir. Möminlər Allah`ın hər şeyi yaratdığını, hər şeyin tək sahibi

Cənnət və cəhənnəmdəkilər bir-birlərini görəcəklərmi?
Allah ayələrdə cənnət əhli ilə cəhənnəm əhlinin bir-birlərini gördüyündən və onlar arasındakı dialoqlardan bəhs edir. Cənnət və cəhənnəm xalqının bir-birlərini görməsi cənnətdəkilər üçün şükür vəsiləsi olacaq, cəhənnəmdəkilərin isə həsrət və



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 2
    Qonaqlar: 2

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---