İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Ləyl surəsi


92-ci surə
əl-Leyl (Gecə) surəsi (Məkkədə nazil olmuşdur, 21 ayədir)

Bismillahir-rəhmanir-rəhim!


Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Allah Ləyl surəsini oxuyan kəsə o qədər ne`mət əta edər ki, o razı qalar, və onu yoxsulluqdan çıxardıb varlılığı onun üçün asanlaşdırar .

Cabir ibn Həmzədən nəql olunub ki, Allahın Rəsulu (s.ə.v.v) Zöhr və əsr Vəlləyli iza yəqlia və onun kimi [Şəms, Zuha, Ələm Nəşrəh] surələri oxuyardı.

Hər kəs Ləyl və Şəms surəsinin hər birisini yeddi dəfə üç gecə dalbadal oxusa, və sonra otuz dəfə bu duanı "Vəla həvlə vəla quvvətə illa billahil əliyyil əzim," inşaallah hacəti qəbul olunar. (Çox təcrübə olunub.)

Qırx gecə və hər gecədə qırx dəfə Ləyl surəsini oxusun. "Və ma liəhədin indəhu min ne`mətin tucza." ayəsinə çatanda onu üç dəfə oxusun, və sonra surəni sonuna qədər oxusun. Bu minval ilə oxumağın qələbələrə və çoxlu mal əldə etməyə güclü tə`siri vardır.

Hacətinin qəbul olunmasına xatir yatan zaman bu surəni yeddi dəfə oxusun.
Bu surəni oxuyub davam etdirməklə həbsxanadan azad olmasına tə`sir edər.
Hər kəsin qızdırması olsa, Ləyl surəsini yazıb suyunu ona içirtsəniz şifa tapar.

Kəfhəmi «Bələdul-əmin» kitabında və Şeyxlər (alimlər) öz kitablarında yazıblar ki, əgər bir kəsin qarşısına müşkül çıxsa, və ondan yaxa qurtara bilməsə, pak bədənlə pak yatağa girsin, (lakin həyat yoldaşı ilə birlikdə yatmasın) yeddi dəfə də Ləyl surəsini oxusun. Ondan sonra yalvara-yalvara Allahdan belə istəsin.

"Allahumməc`əl li min əmri fərəcin və məxrəcən."
Birinci ya, üçüncü ya beşinci, ya da yeddinci gecə də bir şəxs onun yuxusuna gəlib onun müşkülünün həllində ona kömək edəcəkdir. Allahu ə`ləm.

Oxunuşu:
1. Vəlləyli iza yağşa.
2. Vənnəhari iza təcəlla.
3. Və ma haləkazzəkərə vəl'ünsa.
4. İnnə sa'yəküm ləşətta.
5. Fəəmma mən a'ta vəttəka.
6. Və saddəka bilhusna.
7. Fəsənüyəssirühu lilyüsra.
8. Və əmma mən bahılə vəstağna.
9. Və kəzzəbə bilhusna.
10. Fəsənüyəssirühu lil'usra.
11. Və ma yuğniy 'anhü malühu iza tərədda.
12. İnnə 'aləyna ləlhüda.
13. Və innə ləna ləl'ahırətə vəl'ula.
14. Fəənzərtüküm narən tələzza.
15. La yaslaha illəl'əşka
16. Əlləziy kəzzəbə və təvəlla.
17. Və səyücənnəbühəl'ətka.
18. Əlləziy yü'tiy maləhu yətəzəkka.
19. Və ma liəhadin 'ındəhu min nı'mətin tücza.
20. İlləbtiğaə vəchi rabbihil'a'la.
21. Və ləsəvfə yərda.

Tərcüməsi:
And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;
And olsun işıqlanmaqda olan gündüzə;
And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,
Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bəziniz Cənnət üçün, bəziniz isə Cəhənnəm üçün çalışırsınız).
Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,
Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,
Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!
Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,
Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,
Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)
(O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.
Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mömin və ya kafir olmaq isə hər kəsin öz işidir).
Axirət də Bizim, dünya da Bizimdir!
(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.
Ora ancaq azğın (kafir) daxil olar.
O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!
Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).

Oxşar xəbərlər
Həzrət Əmirəl-möminin Əli (ə)-ı yuxuda görmək üçün oxunan dua
Həzrət Əmirəl-möminin Əli (ə)-ı yuxuda görmək üçün oxunan dua İmam Cəfər Sadiq (ə) buyurmuşdur: Hər kəs Həzrət Əli (ə)-ı görmək istəyirsə, yatanda bu duanı oxusun: Əllahummə inni əsəlukə ya mən ləhu lutfu xəfiyy. Və əyadihi basitətn la tuqbəz.

"Fələq" və "Nas" surəsini fəziləti
1-İmam Baqir (ə) buyurdu : Hər kəs Vətr namazında "Qul əuzu birəbbil fələq" və "Qul əuzu birəbinnas" (muəvvəzətəyn) surələrini "Qul huvəllahu əhəd" surəsi ilə oxusa, o şəxsə belə xitab olunar. Ey Allahın bəndəsi sənə muştuluq veririk Allah sənin

Salavat göndərmək on iki min Quranı xətm etməyə bərabərdir
Allahın Rəsulu buyurur: " Hər kim Cümə gecəsi 2 rükət namaz qılıb hər rükətdə 50 dəfə "İxlas" surəsini oxusa və ondan sonra "Allahummə səlli ələn nəbiyyil ərəbi və alih" desə Allah onun keçmiş və gələcək günahlarını bağışlayar. O, sanki on iki min

Kafirun surəsi
Bismillahir - rəhmanir - rəhim Qül ya əyyü həl kafirunə. La əbü du ma təbü dunə. vəla əntüm abidunə ma əbü du. vəla ənə abidün ma əbədtüm. vəla əntüm abidunə ma əbüdü. Ləküm dinü-küm vəliyə dini. سورة الكافرون (109) ص 603 بِسْمِ اللهِ الرَّحْمنِ



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 4
    Qonaqlar: 4

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---