Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Neftin əmələ gəlməsi

Neftin əmələ gəlməsi
0
  • 26 avqust 2016
  • Bölmə: Quran
  • Baxış: 4 327
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Neftin əmələ gəlməsi


Ən uca Rəbbinin adına təriflər de! O Rəbbin ki, xəlq etdi və nizama saldı. O Rəbbin ki, əzəldən müəyyən etdi və yol göstərdi. O (Rəbbin) ki, otlağı cücərdib, sonra da onu qara çör-çöpə döndərdi. (Əla surəsi, 1-5)

Məlum olduğu kimi, neft dənizlərdəki bitki və heyvanların çürümüş qalıqlarından əmələ gəlir. Bu qalıqlar dənizin dibində milyon illər ərzində çürüdükdən sonra ancaq yağlı maddələr qalır. Palçıq və böyük daş təbəqələri altında qalan yağlı maddələr neft və qaza çevrilir. Yer qabığındakı seysmik hərəkətlər bəzən dənizlərin quru hissəsinə çevrilməsinə və altında neft olan qayaların minlərlə metr dərinliyə batmasına səbəb olur. Əmələ gələn neft bəzən qaya təbəqələrindəki məsamələrdən sızaraq kilometrlərlə dərinlikdən səthə çıxır, burada buxarlanaraq (qaz halına çevrilərək) qatran yığıntısı əmələ gətirir.

"Əla" surəsinin ilk dörd ayəsində diqqət çəkən üç cəhət neftin əmələgəlmə mərhələlərinə çox uyğun gəlir. Otlaq, çəmənlik mənasını verən "əlmər'a" sözü ilə neftin əsasını təşkil edən üzvi maddələrə diqqət çəkilə bilər. Ayədə ikinci diqqətçəkən söz isə qara rəngə çalan yaşıl, yaşıl rəngə çalan qara, qaramtıl, hisli rəngləri tərif etmək üçün istifadə edilən "əhva" sözüdür. Bu söz ilə yerin altında toplanan bitki qalıqlarının zaman ərzində çürüyərək qaralması nəzərdə tutula bilər. Çünki bu sözlər üçüncü sözlə - "qusaən" sözü ilə dəstəklənir. Bəzi Qurani-kərim tərcümələrində çör-çöp kimi verilmiş "qusaən" sözü sel suyunun otları, çör-çöpü bir-birinə qataraq gətirdiyi və dərələrin ətrafında topladığı ot, çöp, yarpaq və köpük kimi qarışıq mənasını da ifadə edir. Bu söz "qusma" mənasına görə, bəzi mənbələrdə "selin gətirdiyi zir-zibil" kimi də tərcümə edilir və torpağın nefti üzə çıxarması kimi tərif edilir. Belə ki, neftin formalaşmasını, üzə çıxmasını, köpüklü görüntüsünü, rəngini nəzərə aldıqda ayələrdə işlədilmiş sözlərin nə qədər hikmətli olduğu daha yaxşı başa düşülür.

Göründüyü kimi, ayədəki bitkinin qara mayeyə çevrilməsi neftin əmələgəlmə prosesinə çox bənzərdir. Neftin formalaşması haqqında məlumat olmadığı dövrdə uzun illəri əhatə edən prosesin təsvir edilməsi, şübhəsiz, Quranın Allah`ın vəhyi olduğunun başqa bir dəlilidir.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.