Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Orucun hokümləri

Orucun hokümləri
0
Mətndə qrammatik səhv var?
Orucun hokümləri


ORUCUN HÖKÜMLƏRİ


Oruc, insanın Allah-təalaya bəndəçilik edib Onun əmrini yerinə yetirmək məqsədilə sübh azanından məğrib azanına qədər, sonradan izah olunacağı kimi, səkkiz şeydən çəkinməsidir.

NİYYƏT

Məsələ 1530: İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn; «sabah oruc tutacağam» deyərək niyyət etməsi şərt deyildir. Sadəcə olaraq Allah-təalaya bəndəçilik və Onun əmrinə itaət etmək üçün, sübh azanından məğrib azanına qədər orucu pozan şeylərdən özünü qoruma qərarında olması kifayətdir. Bu müddət ərzində oruc olduğuna yəqin etmək üçün, gərək sübh azanından bir az qabaq və məğrib azanından bir az sonraya qədər orucu batil edən işlərdən özünü saxlasın.

Məsələ 1531: İnsan Ramazan ayının hər gecəsində sabahkı orucunu niyyət edə bilər.

Məsələ 1532: Ramazan ayı orucunun ən son niyyət vaxtı, anlayan şəxs üçün, sübh azanı vaxtıdır. Yəni ehtiyat-vacibə görə hər nə qədər öz niyyətindən xəbərdar olmasa belə, sübh azanından qabaq batil edən işlərdən çəkinməklə yanaşı, oruca niyyət etmiş olmalıdır.

Məsələ 1534: Ramazan ayı orucunda və həmçinin müəyyən bir zamanı olan vacib orucda, sübh azanından qabaq oruc üçün niyyət etmədən yatan bir şəxs, əgər zöhrdən qabaq oyanıb niyyət edərsə, orucu səhihdir. Amma zöhrdən sonra oyanarsa, ehtiyata əsasən «mütləq qürbət» niyyəti ilə günün qalanını orucu batil edən şeylərdən çəkinməli və o günün orucunu da qəza etməlidir.

Məsələ 1536: Əgər Ramazan ayının olduğunu bilsə və qəsdən Ramazan ayından qeyri bir orucun niyyətini etsə, qəsd etdiyi oruc hesaba alınmır və həmçinin Ramazan ayının orucu kimi də sayılmır əgər o qəsd qürbət (yəni Allaha yaxınlaşmaq) qəsdi ilə zidd olsa; hətta ziddiyyətli olmasa belə, ehtiyata əsasən Ramazan ayının orucundan hesab olunmur.

Məsələ 1537: Əgər məsələn; ayın birinci gününün niyyəti ilə oruc tutsa, sonra ayın ikinci, yaxud üçüncü günü olduğunu başa düşsə, orucu səhihdir.

Məsələ 1538: Əgər sübh azanından əvvəl niyyət etsə və bihuş olsa və günün əsnasındaayılsa, ehtiyat-vacibə əsasən o günün orucunu tamam etməlidir və əgər tamam etməsə, onun qəzasını yerinə yetirməlidir.

Məsələ 1540: Əgər sübh azanından əvvəl niyyət edib yatsa və məğribdən sonra ayılsa, orucu səhihdir.

Məsələ 1548: İnsanın, Şəbanın son günü və ya Ramazanın əvvəl günü olduğunda şəkk etdiyi gün oruc tutması vacib deyil. Əgər oruc tutmaq istəsə, Ramazan ayı orucunun niyyətini edə bilməz. Amma əgər «Ramazan ayı olduğu təqdirdə, Ramazandan və Ramazan ayı olmadığı təqdirdə, qəza və bunun kimilərdən sayılsın» deyə niyyət edərsə, orucunun səhih olması uzaq nəzər deyil, amma qəza və bu kimi oruc niyyəti etməsi daha yaxşıdır. Əgər sonradan Ramazan ayı olduğu məlum olarsa, Ramazandan hesab olunur. Əgər mütləq oruc niyyəti edərsə və sonradan Ramazan ayı olduğu məlum olarsa, yenə də kifayətdir.

Məsələ 1549: Şəbanın axırı, yaxud Ramazanın əvvəli olmasında şəkk etdiyi halda qəza, müstəhəb və bu kimi sair oruc tutub, gün əsnasında Ramazan olduğunu başa düşsə, gərək Ramazan ayının orucunu niyyət etsin.

ORUCU BATİL EDƏN ŞEYLƏR

Məsələ 1552: Səkkiz şey orucu batil edir:
1. Yemək və içmək.
2. Cima.
3. İstimna. İstimna, yəni özü ilə məninin xaric olmasına səbəb olan bir iş görsə və ya başqası ilə cimadan geyri bir iş etməklə məni xaric etməsinə deyilir. Onun qadında gerçəkləşməsi isə 345-ci məsələdə qeyd olundu.
4. Ehtiyat-vacibə əsasən Allaha, Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) və Peyğəmbərin canişinlərinə (ələyhimus-salam) yalan isnad vermək (onların adından yalandan bir söz demək).
5. Ehtiyat-vacibə görə tozu boğaza yetişdirmək.
6. Sübh azanına kimi cənabət, heyz və nifas halında qalmaq.
7. Axıcı şeylərlə imalə etmək.
8. Qəsdən qusmaq.
Bunların hökmləri aşağıdakı məsələlərdə şərh olunacaqdır.

Ətraflı məlumat Risalələrdə

Məsələ 1719: Oruc tutan şəxsin məğrib və işa namazlarını iftardan əvvəl qılması müstəhəbdir. Amma əgər bir şəxs onu gözləyərsə və ya yeməyə meyli çox olduğundan hüzuri-qəlblə namaz qıla bilmirsə, əvvəlcə iftar etməsi daha yaxşıdır. Ancaq mümkün olan qədər namazı fəzilətli vaxtında qılması daha yaxşıdır.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.