İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Təharət (təmizlik)

Namazdan öncə təmizlik qaydaları
Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cənabətli olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır! "Nisa" surəsi, 43-cü ayə
Namaz qılan şəxs Allah qarşısında təmiz və pak olmalıdır. Bu yalnız mənəvi təmizliyə deyil, cismi təmizliyə də aiddir. Beləki, namaz qılınan paltar və yer nəcis və qəsbi olmamalıdır. Həmçinin namaz qılanın bədənində də nəcis olmamalıdır. Şəritimizdə qan, sidik, kal, sperma, spirtli içki, donuz, it və s. nəcis sayılır.

Bundan savayı, namaz qılan şəxsin qüslu və dəstəmazı olmalıdır.

Qüsl


İnsana qüsl bir neçə yerdə vacib olur:
1. Bədəndən sperma xaric olsa (cənabət)
2. Ölən adama toxunduqda (məss-meyyit)
3. Öləndə (meyyit)
4. Qadın adəti üzrə qan görsə (heyz)
5. Qadın adətindən kənar qan görsə (istihazə)
6. Qadın dünyaya övlad gətirərkən (nifas)
7. İnsan qusl etməyi nəzir və ya əhd etsə

Qüsl almağın qaydası:
1. Niyyət (Allaha yaxınlaşmaq üçün hansı qüslun alındığı müəyyən olunmalıdır)
2. Baş və boyun yuyulur
3. Bədənin sağ tərəfi yuyulur (bundan ayağın altına qədər)
4. Bədənin sol tərəfi yuyulur (bundan ayağın altına qədər)

Dəstəmaz


Dəstəmaz almağın qaydası:
1. Niyyət (Allaha yaxınlaşmaq üçün dəstəmazın alınması müəyyən olunmalıdır)
2. Ələ su doldurulur və sağ əllə üz yuyulur
3. Sol ələ su doldurulur və sol əllə sağ əl yuyulur (dirsəkdən barmaqlarin ucuna kimi)
4. Sağ ələ su doldurulur və sağ əllə əllə sol əl yuyulur (dirsəkdən barmaqlarin ucuna kimi)
5. Əli suya vurmadan sağ əllə başa çəkilir
6. Əli suya vurmadan sağ əllə sağ ayağa çəkilir (baş barmaqdan topuğa qədər)
7. Əli suya vurmadan sol əllə sol ayağa çəkilir (baş barmaqdan topuğa qədər)
Qeyd olunmalıdır ki, dəstəmaz üzvləri (üz və əllər) yalnız yuxarına aşağı istiqamətdə yuyulmalıdır.

Dəstəmazı aşağıdakı hallarda pozulur:
1. Ayaq yoluna getdikdə
2. Mədə qazları ixrac olduqda (gəyirməyə aid deyil)
3. Yuxuya getdikdə
4. Ağıl başdan çıxsa (məsələn, insan dəli və ya sərxoş olarsa)
5. Qüsl vacib olsa

Təyəmmüm


Qüsl və dəstəmaz almağa imkan olmadığı təqdirdə, təyəmmüm edilir. Yəni insan özünü torpaqla təmizləyir. Təyəmmümü qüslun da, dəstəmazın da əvəzinə almaq olar.

Təyəmmüm edilməsinin qaydası:
1. Niyyət (Allaha yaxınlaşmaq üçün təyəmmümün məqsədi müəyyənləşir)
2. Əllərin içi ilə torpağa və ya toza vurulur
3. Əllərin içi ilə alından qaşların üzərinə kimi çəkilir
4. Sol əlin içi ilə sağ əlin üzərinə çəkilir (biləkdən barmaqların ucuna kimi)
5. Sağ əlin içi ilə sol əlin üzərinə çəkilir (biləkdən barmaqların ucuna kimi)


Qeyd edək ki, yuxarıda qeyd olunan məslələrlə bağlı daha ətraflı məlumat almaq üşün şəriət risalələrinə müraciət edə bilərsiz.
mənbə ahlibeyt.az

Oxşar xəbərlər
Qüslun qaydası
1. Bütün qüslləri(cənabət, heyz, nifas, məss-meyyit və s.) tərtibi qüsl adlanan qayda ilə aşağıdakı şəkildə almaq olar: - Qüsl alan şəxs qüsl niyyəti ilə (cənabət, heyz və s.– hansı qüslü aldığını müəyyən edərək və Allah-Taalanın əmrini yerinə

Təyəmmüm
Şəriətə görə, namaz və oruc kimi ibadət əməllərini yerinə yetirmək, Qurani-kərimin yazısına toxunmaq üçün insan pak olmalıdır. Yəni bunun üçün ya dəstəmaz, ya da qüsl almaq lazımdır (yerindən asılı olaraq). Amma bəzən su ilə paklanmaq mümkün olmur.

Muzaf su ilə dəstəmaz almaq olarmı? Muzaf su nədir?
Məsələ 132: Muzaf suyla, yaxud nəcis suyla, yaxud dəstəmaz üzvündə maneə olan halda dəstəmaz alınarsa, bu dəstəmazın batil olmasında heç bir fərq yoxdur, istər dəstəmaz alan bunları bildiyi halda alsın, istər qəsdən alsın, istər bilməyərəkdən alsın.

Tövbə namazı
Tövbə Niyyətiylə Qüsl Almaq İlk öncə tövbə niyyətiylə qüsl alınar. Tövbə niyyətiylə və ədəblə bütün bədən yuyunar, sonra: "ALLAHIM! mən bədənimin ancaq xaricini yuya bildim. Sən də nurun ilə içimi yu, ürəyimi təmizlə !" deyə (insan ürəyində) dua

Dəstəmaz almağın qaydası
Dəstəmaz almağın dəqiq qaydası.oxuyun və əməl edin inşallah.rəqəmlərlə yazmışam ki ard-arda hansı və necə yumaq lazım olduğunu biləsiz. Niyyət edirəm dəstəmaz alıram qürbətən iləllah 1)Əvvəl əlləri yuyuruq 2)Üzü uzununa alnın yuxarısından, baş



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 2
    Qonaqlar: 2

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---