İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Qüslun qaydası

1. Bütün qüslləri(cənabət, heyz, nifas, məss-meyyit və s.) tərtibi qüsl adlanan qayda ilə aşağıdakı şəkildə almaq olar:

- Qüsl alan şəxs qüsl niyyəti ilə (cənabət, heyz və s.– hansı qüslü aldığını müəyyən edərək və Allah-Taalanın əmrini yerinə yetirmək məqsədilə)
a) əvvəlcə başını və boynunu,
b) sonra çiynindən dabanadək bədənin sağ tərəfini,
c) sonra çiynindən dabanadək bədənin soltərəfini yumalıdir.

Əgər bir kəs qəsdən, yaxud unutqanlıq və ya məsələni bilməməzlik üzündən bu qaydaya – tərtibə riayət etməsə, qüslü batildir. Göbəyin və cinsiyyət üzvünün sağ yarısını bədənin sağ tərəfi ilə, sol yarısını isə bədənin sol tərəfi ilə yumaq lazımdır. Daha yaxşı olar ki, göbək və cinsiyyət üzvü bütövlükdə, bədənin hər iki tərəfi ilə yuyulsun.
1. Bədənin üç hissəsinin (baş-boyun, sağ tərəf, sol tərəf) tamamilə yuyulduğuna əmin olmaq üçün hər bir tərəfi yuyan zaman bir qədər o bir tərəfdən də yumaq lazımdır.
2. Boynunda bir neçə qüsl olan şəxs onların hamısının niyyətini tutub bir qüsl ala bilər
Tərtibi qüsl qaydasından əlavə irtimasi qüsl qaydası da var. İrtimasi qüsl alan şəxs gərək qüsl niyyəti ilə tamamilə suyun altına (hovuz, göl, çay, dəniz və s.) girsin və su bir anlığa da olsa onun bütün bədənini əhatə etsin.

Oxşar xəbərlər
İmam Rza(ə.s) kəlamlar
Allah öz kitabında dəstəmazın üz və əlləri yumaqdan, başa məsh çəkməkdən ibarət olduğunu bildirmişdir. Dəstəmazı yalnız bövl, ğait, yel, yuxu və cənabətli olmaq aradan aparır. Kim ayaqların üstünə yox, qeyri şeylərin üzərinə məsh edərsə Allah və

Təyəmmüm
Şəriətə görə, namaz və oruc kimi ibadət əməllərini yerinə yetirmək, Qurani-kərimin yazısına toxunmaq üçün insan pak olmalıdır. Yəni bunun üçün ya dəstəmaz, ya da qüsl almaq lazımdır (yerindən asılı olaraq). Amma bəzən su ilə paklanmaq mümkün olmur.

Muzaf su ilə dəstəmaz almaq olarmı? Muzaf su nədir?
Məsələ 132: Muzaf suyla, yaxud nəcis suyla, yaxud dəstəmaz üzvündə maneə olan halda dəstəmaz alınarsa, bu dəstəmazın batil olmasında heç bir fərq yoxdur, istər dəstəmaz alan bunları bildiyi halda alsın, istər qəsdən alsın, istər bilməyərəkdən alsın.

Tövbə namazı
Tövbə Niyyətiylə Qüsl Almaq İlk öncə tövbə niyyətiylə qüsl alınar. Tövbə niyyətiylə və ədəblə bütün bədən yuyunar, sonra: "ALLAHIM! mən bədənimin ancaq xaricini yuya bildim. Sən də nurun ilə içimi yu, ürəyimi təmizlə !" deyə (insan ürəyində) dua

Dəstəmaz almağın qaydası
Dəstəmaz almağın dəqiq qaydası.oxuyun və əməl edin inşallah.rəqəmlərlə yazmışam ki ard-arda hansı və necə yumaq lazım olduğunu biləsiz. Niyyət edirəm dəstəmaz alıram qürbətən iləllah 1)Əvvəl əlləri yuyuruq 2)Üzü uzununa alnın yuxarısından, baş



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 5
    Qonaqlar: 3

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---