İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Zil Qədə ayının Tövbə Namazı

Namaza az qalıb

Qəməri tarixi ilə bugün Zilqədə ayının 3-dür (07.08.2016)

Zil Qədə ayında bazar gününün əfzəl əməli.

"Tövbə namazı"

Peyğəmbərimiz (s.ə.ə.v) Zilqədə ayının bazar günlərinin birində evindən çıxır və üzünü tərəfdaşlarına çevirib buyurur: "Ey insanlar! Sizlərdən kim tövbə etmək istəyir?". Hamısı tövbə etmək istədiklərini bildirdilər. Həzrət Peyğəmbər (s.ə.ə.v) buyurdu:
"Qüsl (tövbə qüslü) və dəstəmaz (tövbə dəstəmazı) alın. Sonra dörd rükətli namaz qılın. Hər rükətdə 1 dəfə "Həmd", 3 dəfə "Tövhid", 1 dəfə "Fələq" və 1 dəfə də "Nas" surələrini deyin. Sonda 70 dəfə istiğfar edin və onu "Lə həvlə və lə quvvətə illə billahil-əliyyil-azim" cümləsi ilə tamamlayın. Sonra isə bu duanı oxuyun: "Ya Əzizu, ya Ğəffar. İğfirli zunubi və zunubə cəmiyəl-muminin və muminat. Fəinnəhu lə yəğfiruz-zunubi illa ənt"". (Ey Əziz, ey Bağışlayan! Ey Mehriban! Mənim günahlarımı, bütün mömin qadın və kişilərin günahlarını bağışla. Çünki Səndən başqa heç kim günahları bağışlamaz).
Həzrət Peyğəmbər (s.ə.ə.v) buyurur: Elə bir müsəlman yoxdur ki, bu namazı qılsın və ona səmadan nida edilməsin ki: Ey Allahın bəndəsi! Sənin tövbən qəbul olmuşdur. Günahların bağışlanmışdır. İndi işlərinə yenidən başla. Başqa mələk ona deyər: Ey Allahın bəndəsi! Xoş olsun halına! Mübarək olsun sənə və ailənə.
O biri mələk deyər: "Ey Allahın bəndəsi! İmanla öləcəksən, din səndən uzaq olmaz. Qəbrin geniş və nurani olsun. Cəbrayil (ə) nida edər: Qəlbini xoş saxla ki, mən ölüm mələyi ilə bir yerdə yanına gələcəyəm və ona əmr edəcəyəm ki, səninlə merhiban olsun. Səni heç incitməsin. Ruhunu cismindən yavaş çıxartsın.
Peyğəmbərdən (s.ə.ə.v) soruşurlar ki, bu namazı başqa bir aylarda da yerinə yetirmək olarmı? Əgər başqa zaman yerinə yetirilsə, həmin savaba malik olacaqdırmı? Həzrət (s.ə.ə.v) buyurur: Həmin savaba malikdir. Bunları Cəbrayil (ə) merac gecəsi mənə öyrətmişdi.

Bu hədisin əslini Seyyid Tavusun İqbalul Ə'mal kitabında c 2 , səh 20 -21;
ondan da nəql edib Müstədrəkul Vəsail c 6 , səh 396-397; ondan da nəql edib Şeyx Cavad Mələki Təbrizi Əl-Muqaribat səh 301-302-də.
Dualarda bizi də unutmayın.
بشير البادكوبي
Bəşir Badkubei.

Oxşar xəbərlər
Namazı gündə 3 dəfə qılmaq olarmı ?
Namazin 3 vaxt qilinmasi ehli sunne menbelerinde İmam Malik özünün “Muvatta”sında (hədis 300) İbn Abbasdan (r.ə.) nəql edir ki, “Həzrət Peyğəmbər (s) qorxu və ya səfər olmadan zörh və əsr, məğrib və işa namazlarını bir yerdə qıldı”. İmam Malik

Dəstəmaz almağın qaydası
Dəstəmaz almağın dəqiq qaydası.oxuyun və əməl edin inşallah.rəqəmlərlə yazmışam ki ard-arda hansı və necə yumaq lazım olduğunu biləsiz. Niyyət edirəm dəstəmaz alıram qürbətən iləllah 1)Əvvəl əlləri yuyuruq 2)Üzü uzununa alnın yuxarısından, baş

İlk Gündən İslam var
Geniş yayılmış təsəvvürün əksinə olaraq, İslam miladi VII əsrdə Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən təbliğ edilmiş tamamilə yeni təlim deyil. Bəşəriyyətin yarandığı gündən mövcud olmuş, Həzrət Adəm, Nuh, İbrahim, Musa və İsa (ə) kimi

Təvəkkül
Təvəkkül – hər şeyi mütləq Malikin (yəni Allah-təalanın) öhdəsinə buraxmaqdır. Bu məqamda arif dərk edər ki, Allah ondan daha bilikli və daha qüdrətlidir.

Sübh namazı
Səhər yuxudan duran kimi telefonu açıb facebooka giririk, mesaj gələndə sevincəkli oluruq, beləliklə hər gün buna öyrənirik, amma bir gün səhərdə olur mesaj gəlmir.



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 13
    Qonaqlar: 13

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---